Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

PRAXOL 0.250 MG

28.40 AZN RESEPTLƏ SATILIR
PRAXOL 0.250 MG
ƏKS GÖSTƏRİŞLƏR :

Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Ümumi tövsiyə

Hamiləlik kateqoriyası – C.

Doğuş potensialına malik qadınlar/Kontrasepsiya

Doğuş potenasialına malik qadınlar müalicə müddətində effektiv kontraseptiv dərman preparatları istifadə etməlidirlər.

İnsanlarda hamiləlik və laktasiya dövründə preparatın təsiri tədqiq edilməmişdir.Pramipeksol siçovullara və dovşanlara

teratogen təsir göstərməmişdir , lakin ana üçün toksik dozalarda embriotoksik təsir göstərmişdir.

Laktasiya

Pramipeksolla müalicə insanlarda prolaktin sintezini inhibə etdiyindən , laktasiyanın inhibə olması gözlənilir.

İSTİFADƏ QAYDASI VƏ 
DOZASI : 

Tabletlər su ilə içilərək daxilə qəbul edilməlidir.Qida ilə və ya onsuz qəbul edilə bilər.

Böyrək çatışmazlığı

Pramipeksolun eliminasiyası böyrək böyrək funksiyasından asılıdır.

Böyrək klirensi 20ml/dəq – dən aşağı olan pasiyentlərdə gündəlik dozada hər hansı dəyişiklik edilməsi tələb olunmur.

Uşaqlarda istifadəsi

Uşaqlarda və yaşı 18 yaşdan aşağı yeniyetmələrdə PRAKSOL – un təhlükəsizliyinə və effektivliyinə  dair məlumat olmadığı

üçün , onun bu qrup pasiyentlərdə istifadəsi tövsiyə olunmur.

ƏLAVƏ TƏSİRLƏRİ :

PRAKSOL – dan istifadə zamanı aşağıdakı əlavə reaksiyaların baş verməsi gözlənilir : anomal xəyallar : impuls nəzarətinin və

kompulsiyanın pozulmasının amneziya , həddindən artık yemək , məcubri alış – veriş , hiperseksuallıq və patoloji qumarbazlıq

kimi davranış simptomları : ürək çatışmazlığı , çaşqınlıq , qəbizlik , yanılma , başgicəllənmə.

DOZA HƏDDİNİN AŞILMASI :

Doza həddinin ağır aşılması barədə klinik təcrübə yoxdur.

Ürəkbulanma , qusma , hiperkineziya , hallüsinasiyalar , ajitasiya və hipotenziya daxil olmaqla , gözlənilən əlavə reaksiyalar

dopamin aqonistinin farmakodinamik profili ilə bağlı ola bilər.

FARMAKOTERAPEVTİK QRRUPU :

Parkinsonəleyhinə dərmanlar , dopaminin aqonistləri.

Resept əsasında satılır.
 
Təsiredici maddə : bir tabletin tərkibində 0,25 mq pramipeksol dihidroxlorid monohidrat vardır.

Köməkçi maddələr : mannitol , nişasta , aerosil 200 , maqnezium stearat , povidon K25.