Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

LEVAKSELA 500 MQ

11.38 AZN
LEVAKSELA 500 MQ
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Bu preparatın adı – Levaksela tabletləridir.Levaksela tabletlərinin tərkibində levofloksasin adlanan dərman maddəsi vardır.Bu

maddə antibiotiklər adlanan dərman preparatları qrupuna aiddir.Levofloksasin “ xinolon “ antibiotikdir.O , sizin orqanizmdə

infeksiyaları törədən bakteriyaları məhv edərək təsir göstərir.

Levaksela tabletləri aşağıda göstərilən orqanların infeksiyasının müalicəsində istifadə edilə bilər :

·  Burun ciblərinin

·  Ağciyərlərin , pnevmoniya və ya tənəffüsün uzunmüddətli problemləri olan insanlarda

·  Böyrəklər və ya sidik kisəsi daxil olmaqla , sidikçıxarıcı yolların

·  Prostat vəzisinin , uzunmüddətli infeksiyası halında

·  Dəri və dətialtı toxumaların , əzələlər daxil olmaqla.Bəzən onlar “ yumşaq toxumalar “ adlanır

ƏKS GÖSTƏRİŞLƏR :

·  əgər sizdə levofloksasinə qarşı , moksifloksasin , siprofloksasin  və ya ofloksasin kimi digər xinolon antibiotiklərə qarşı yaxud

dərman preparatının digər komponentlərinə qarşı allergiya varsa

·  sizdə əvvəllər epilepsiya olmuşdursa

·  siz uşaqsınız yaxud böyüyən yeniyetməsiniz

·  siz hamiləsiniz , hamiləliyi planlaşdırırsın və ya hamilə olduğunuzu düşünürsünüzsə

·  siz uşaq əmizdirirsinizsə

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Bu dərman preparatını qəbul etməyin , əgər :

·  siz hamiləsiniz , hamiləliyi planlaşdırırsın və ya hamilə olduğunuzu düşünürsünüzsə

·  siz uşaq əmizdirirsinizsə və ya uşaq əmizdirməyi planlaşdırırsınızsa

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Preparatı qəbul etdikdə həmişə həkimin və əczaçının göstərişlərini dəqiq yerinə yetirin

·  preparatı daxilə qəbul edin

·  tablet bütöv şəkildə su ilə udulmalıdır

·  tabletləri yemək vaxtı və ya qida qəbulu arasında hər bir vaxtda istifadə etmək mümkündür

·  tabletlər iki bərabər dozaya bölünə bilər

ƏLAVƏ TƏSİRLƏRİ :

Bütün dərmanlar kimi , bu preparatın da əlavə effektləri vardır.Lakin bu effektlər hər xəstədə meydana çıxmır.Bu effektlər

adətən yüngül və ya orta  dərəcəlidir və çox vaxt qısa müddət ərzində keçib gedir.

DOZA HƏDDİNİN AŞILMASI :

Əgər siz təsadüfən lazım olduğundan çox miqdarda Levaksela qəbul etmisinizsə , dərhal həkimə müraciət edin.Dərman

preparatının qablaşdırmasını özünüzlə aparın ki , həkim qəbul edilən dozanı müəyyən etsin.Aşağıdakı effektlər qeyd oluna

bilər :tutmalar , şüurun qarışığı , başgicəllənmə , şüurun söndürülməsi , tremor və ya ürək ilə bağlı problemlər , hansılar ürək

döyünməsinin pozulmasına gətirə bilər , eləcə də ürəkbulanma və ya mədədə yandırma hissi.
 

Təsiredici maddə : hər örtüklü tabletin tərkibində levofloksasin hemihidrat şəklində 250 mq və ya 500 mq levofloksasin vardır.

Köməkçi maddələr : mikrokristallik sellüloza , hidroksipropilsellüloza , krospovidon və maqnezium stearat tabletin örtüyündə

hipromelloza , rəngləyici indiqokarmin , “ günəş qürubu ”  sarısı , makroqol 4000 , titan 4 – oksid , qırmızı dəmir oksidi və sarı

dəmir oksidi.