MEDOKLAV  312.5 mg/ 5ml

MEDOKLAV 312.5 mg/ 5ml

9.05 AZN
Rəngi təmiz ağdan boz bulanıq çalarlı ağa qədər dəyişən , rahat səpələnən toz.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Medoklav böyüklərdə və uşaqlarda aşağıdakı infeksiyaların müalicəsində istifadə edilir.

·  Kəskin bakterial sinusit

·  Xroniki sinusit

·  Otorinolarinqologiyada infeksiyalar : kəskin və xroniki orta otit , tonzillit , faringit

·  Xroniki bronxitin kəskinləşməsi

·  Xəstəxanadan kənar pnevmoniya

·  Sistit

·  Pielonefrit

·  Sümük və oynaqların infeksiyaları , o cümlədən osteomielit

Antibakterial vasitələrin istifadəsi üzrə rəsmi təlimata riayət etmək lazımdır.

ƏKS GÖSTƏRİŞLƏR :

Dərman vasitəsinin təsiredici və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Anamnezdə digər beta – laktam vasitələrə qarşı ağır dərəcəli sürətli tipli yüksək həssaslıq reaksiyaları.

Anamnezdə amoksisillin/klavulan turşusunun istifadəsi ilə əlaqədar sarılıq/qaraciyər çatışmazlığı.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ :

Hamiləlik dövrü

Heyvanlar üzərində aparilmış tədqiqatlar nəticəsində hamiləliyin gedişinə , embrional/fetal inkişafa , doğuş prosesinə və ya

postnatal inkişafa birbaşa və ya dolayı təhlükəli təsiri aşkar olunmamışdır.İnsanlarda hamiləlik dövründə amoksisillin/klavulan

turşusunun istifadəsinə aid məhdud məlumatlarda anadangəlmə qüsurların yüksək riski qeyd olunmayıb.

Hamiləlik dövründə həkimin göstərişi olmadıqda dərman vasitəsinin istifadəsindən çəkinmək lazımdır.

Laktasiya dövrü

Hər iki təsiredici maddə ana südünə keçir.Beləliklə , ana südü ilə qidalanan körpələrdə ishal və selikli qişaların göbələk

xəstəlikləri əmələ gələ bilər və buna görə ana südü ilə qidalandırma dayandırılmalıdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Dozalanma :

Əgər doza tək komponentin miqdarına müvafiq qeyd olunmayıbsa , onda doza amoksisillin/klavulan turşusunun miqdarını

göstərir.

Hər infeksiyanın müalicəsi üçün Medoklavin dozasını aşağıdakı amillərə nəzərə alaraq seçmək lazımdır :

·  Təxminən edilən törədiilər və onların antibakterial vasitələrə qarşı mümkün ola bilən həssaslığı

·  İnfeksiyanın ağırlığı və lokalizasiyası

Böyüklər və bədən çəkisi ≥ 40 kq uşaqlar

500 mq / 125 mq gündə 3 dəfə.

Bədən çəkisi < 40 kq uşaqlar

20 mq/5 mq/kq/gün – 60 mq/15 mq/kq/gün doza 3 dəfəyə bölünməlidir.

Uşaqların müalicəsi üçün Medoklavin suspenziyası və tabletləri istifadə oluna bilər.Yaxşı olardı ki , 6 yaş və 6 yaşa qədər

uşaqlara Medoklavin 156,25 mq/5 ml və 312,50 mq/5 ml suspenziyası istifadə edilsin.

ƏLAVƏ TƏSİRLƏRİ :

Dərman vasitəsinə qarşı ən tez – tez qeyd edilən xoşagəlməz reaksiyalara diareya , ürəkbulanma , qusma aiddir.

Təsiredici maddələr :

Medoklav 156,25 mq / 5 ml : hər 5 ml hazır suspenziyanın tərkibində 125 mq amoksisillinə ekvivalent miqdarda amoksisillin

trihidrat və 31,25 mq klavulan turşusuna ekvivalent miqdarda kalium klavulanat vardır.

Medoklav 312,50 mq / 5 ml : hər 5 ml hazır suspenziyanın tərkibində 250 mq amoksisillinə ekvivalent miqdarda amoksisillin

trihidrat və 62,5 mq klavulan turşusuna ekvivalent miqdarda kalium klavulanat vardır.

Köməkçi maddələr : ksantan kitrəsi , hidroksipropil metilsellüloza , susuz kolloidal silisium 4 – oksid , natrium saxarinat , çiyələk

aromatizatoru , limon aromatizatoru , şaftalı aromatizatoru , kəhrəba turşusu.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.