SELON 20 MG

SELON 20 MG

8.34 AZN
Girdə tabletlərdir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

- böyük depressiv hallar.Depressiyanın profilaktikasında

- aqorafobiyalı və aqorafobiyasız vahiməli hallar

- obsessiv – kompulsiv pozğunluqlar

ƏKS GÖSTƏRİŞLƏR :

- preparatın tərkibindəki hər hansı bir inqredientə qarşı hiperhəssaslıq olduqda

- MAO inhibitorları ilə yanaşı yaxud əvəllər MAO ( 14 gündən az olmayaraq ) qəbul edilmişdirsə

- QT intervalının uzanması olan xəstələrdə

- QT intervalını uzadan kimi tanınmış dərman preparatları ilə bir vaxtda

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik və südvermə döründə Selon istifadə olunmamalıdır.

Anaya olan xeyirli təsiri , embriona və ya süd içən uşağa nəzəri təsir riskində çox  olarsa , yalnız bu halda çox olarsa , yalnız bu

halda preparatı qəbul etmək olar.

UŞAQLAR TƏRƏFİNDƏN İSTİFADƏSİ :

Adi halda Selon 18 yaşdan kiçik xəstələrə təyin olunmur.

Bu qrup preparatların 18 yaşdan kiçiklərə təyini , onlarda əlavə təsirlərin artması halları rast gəlinə bilər.18 yaşdan kiçik

uşaqlara Selon yalnız xüsusi göstəriş olduqda təyin olunmalıdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Selon tabletlər sutkada bir dəfə axşamlar daxilə qəbul olunur.

Böyük depressiyaların müalicəsində və depressiyanın profilaktikasında : Standart doza sutkada 20 mq – dır.Əgər kliniki olaraq

dozanın artırılmasına ehtiyac olarsa 40 mq – a qədər artırmaq olar.Maksimal sutkalıq doza 60 mq – dır.65 yaşdan böyüklər

məsləhət görülən dozanın yarısını , 10 – 30 mq/sutkada qəbul etməlidirlər

Selonun depressiyaəleyhi təsiri adətən  2 – 4 həftədən sonra başlayır.Depressiyaəleyhi preparatlarla müalicə simptomatikdir ,

stabil effekt almaq üçün 4 – 6 ay müddətində qəbul olunmalıdır.Təkrari qayıdan depressiyası olan xəstələr preparatla müalicəni

birneçə il davam etdirməlidir.

ƏLAVƏ TƏSİRLƏRİ :

Selon əlavə təsirləri ümumi olaraq az hallarda rast gəlinir , yüngül və müalicə olunan olur.Çox rast gəlinən əlavə təsirlərə aiddi :

ürək bulanma , baş gicəllənmə , tənəffüsün tezləşməsi , xerostomia , titrəmə.Qeyd olunan əlavə təsirlər müalicənin ı və ıı

həftəsində rast gəlinə bilər və depressiya halları yox olduqca , tədricən azalır.Nadir hallarda qanaxma halları , ekkimioz ,

vaginal qanaxma , mədə - bağırsaq traktında yaxud digər selikli qişalardan qanaxma rast gəlinmişdir.

  RESEPT ƏSASINDA SATILIR!

Təsiredici maddə : hər tabletin tərkibində 20 mq Sitalopram hidroxlorid vardır.

Köməkçi maddələr : laktoza monohidrat , qarğıdalı nişastası , mikrokristallik sellüloza , qliserol , kopolividon , natrium

kroskarmelloza , maqnezium stearat , opadry OY – S – 9622.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.