LEKOKLAR 500 MQ

LEKOKLAR 500 MQ

13.04 AZN
Ağ rəngli , qabarıq , uzunsov hər iki tərəfində bölmə xətti olan örtüklü tabletlərdir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Lekoklar klaritromisinə həssas bakteriyaların törətdiyi aşağıdakı kəskin və xroniki bakterial infeksiyaların müalicəsi üçün

istifadə olunur :

Yuxarı tənəffüs yollarının infeksiyaları :

Streptokokk tonzilliti/faringit , kəskin orta otit , kəskin sinusit :

Aşağı tənəffüs yollarının infeksiyaları :

Kəskin bronxit və xroniki bronxitin kəskinləşməsi , atipik pnevmoniya da daxil olmaqla , xəstəxanadankənar pnevmoniya :

ƏKS GÖSTƏRİŞLƏRİ :

Klaritromisin makrolid antibiotik dərman vasitələrinə və ya onun köməkçi maddələrindən hər hansı birinə qarşı məlum

hiperhəssaslıq.

500 mq – lıq tabletin dozasını azaltmaq mümkün olmadığı  üçün , kreatinin klirensi 30ml/dəq – dən az olan xəstələrdə əks

göstərişdir.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

İstənilən dərmanın qəbulundan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşin.

Preparat ana südünə nüfuz edir.

Hamiləlik və laktasiya dövründə preparatın təhlükəsizliyi müəyyən edilməmişdir , ona görə də Lekoklarin istifadəsinə

başlamazdan əvvəl həkimlə məsləhətləşin.


İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Doza həkim tərəfindən hər bir pasiyent üçün fərdi olaraq müəyyən edilir.Həmişə tabletləri həkimin tövsiyələrinə ciddi

surətdə əməl etməklə qəbul edin.Əgər nəyəsə şübhəniz varsa , dəqiqləşdirmək üçün həkiminizə və ya əczaçıya müraciət edin.

Tabletləri bütöv halda , qırmadan , su ilə içərək udun.Qida qəbulu preparatın sorulma dərəcəsinə təsir göstərmir , lakin

preparatın sorulma sürətini azalda bilər.

ƏLAVƏ TƏSİRLƏRİ :

Klaritromisin ilə əlaqədar yaranan ən çox rast gəlinən əlavə təsirlər qarında ağrı ,  diareya , ürəkbulanma , qusma və dadbilmə

təhrif olunmasıdır.Bunlar adətən ağırlığına görə yüngül olur və makrolid antibiotiklərin məlum təhlükəsizlik profilinə uyğundur.


DOZA HƏDDİNİN AŞILMASI :

Preparatın doza həddinin aşılması mədə - bağırsaq sistemində simptomlar törədə bilər.Əgər siz həddindən artıq tablet qəbul

etmisinizsə , həkimlə məsləhətləşin.

Doza həddinin aşılmasını müşayiət edən simptomları aradan qaldırmaq üçün absorbsiya olunmamış dərman vasitəsini tezliklə

xaric etmək və dəstəkləyici tədbirlər görmək lazımdır.

Təsiredici maddə : 1 tabletin tərkibində 250 mq və ya 500 mq klaritromisin vardır.

Köməkçi maddələr : kroskarmelloza natrium , kolloidal silisium dioksid , mikrokristallik sellüloza , maqnezium – stearat , toz

halında sellüloza :

Örtük : Oparday OY- L 28900 ağ – laktoza , titan 4 – oksid ,  hidroksipropilmetilsellüloza , polietilenqlikol 4000 , təmizlənmiş su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.