Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

ALDES

5.47 AZN
ALDES
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Allergik  rinitlərin ( burundan selik ifrazı , göyərmə , gicişmə və burun tutulması , gözlərin giciçməsi və qızarması ) və övrənin 

  (dəri gicişməsi , ödem və qızarması ) simptomlarının yüngülləşdirilməsi və ya aradan qaldırılması.

ƏKS GÖSTƏRİŞLƏR :

Preparatın təsiredici maddəsinə , hər hansı bir komponentinə və ya loratadinə qarşı yüksək həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik dövründə Aldes preparatının istifadəsinə dair kifayət qədər məlumat yoxdur.Hamilə qadınlarda preparatın

istifadəsindən çəkinmək tövsiyə olunur.

Dezloratadin ana südünə keçir , buna görə laktasiya dövründə preparat istifadə edilməməlidir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

İntermitə edən allergik rinit xəstənin anamnezinə görə Aldes preparatı ilə müalicə olunur.Simptomlar keçdikdə müalicə

dayandırıla bilər və simptomlar meydana çıxdıqda müalicə yenidən başlana bilər.Persistə edən allergik rinit olan xəstələrə

allergenlərin təsiri zamanı uzunmüddətli müalicə tövsiyə oluna bilər.

Böyüklər və yeniyetmələr : gündə 1 tablet yeməkdən asılı olmayaraq .

Xüsusi qrup xəstələrə dair əlavə məlumat

Böyrək çatışmazlığı 

Ağır böyrək çatışmazlığı zamanı preparat ehtiyatla istifadə edilməlidir.

ƏLAVƏ TƏSİRLƏR :

Sinir sisteminə

Tez – tez : yorğunluq

Bəzən : başağrısı

Həzm sisteminə

Bəzən : ağız boşluğunda quruluq

Psixi pozulmalar

Çox nadir : hallüsinasiyalar

Sinir sisteminə

Çox nadir : başgicəllənmə , yuxululuq , yuxusuzluq , psixomotor oyanıqlıq.

Ürək damar sisteminə

Çox nadir : taxikardiya , ürəkdöyünmə hissi

Həzm sisteminə

Çox nadir : abdominal ağrı , ürək bulanma , qusma , dispepsiya , diareya.

DOZA HƏDDİNİN AŞILMASI :

Doza həddinin aşılması zamanı orqanizmdən sorulmamış aktiv maddənin xaricolunmasına yönəldilmiş standart tədbirlər

aparılmalıdır.Simptomatik və dəstəkləyici müalicənin aparılması tövsiyə olunur.Dezolaratidin  hemodializ vasitəsi ilə onun xaric

olub olunmaması məlum deyil.

Təsiredici maddə : 1 örtüklü tabletin tərkibində 5 mq dezloratadin vardır.

Köməkçi maddələr : mikrokristallik sellüloza , kolloidal silisium dioksid , kalsium hidrofosat , qarğıdalı nişastası , talk , maqnezium

stearat , Opadry ıı mavi 331F205006 , təmizlənmiş.