NEOCEF CEFİXİME 100 mg/5 ml

NEOCEF CEFİXİME 100 mg/5 ml

21.77 AZN
Ağ və ya ağımtıl homogen tozdur.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Sefiksimə həssas bakteriyalar tərəfindən törədilmiş infeksiyalarda istifadə edilir.

- orta qulağın kəskin iltihabı

- yuxarı tənəffüs yollarının infeksiyaları

- aşağı tənəffüs yollarının infeksiyaları

- uretrit və ağırlaşmamış qonokokk servisiti

ƏKS GÖSTƏRİŞLƏR :

Preparatın hər hansı komponentinə və ya ümumiyyətlə beta – laktam antibiotiklərə qarşı yüksək həssaslıq.

Preparat yalnız həkim məsləhəti ilə təyin edilir.Hər hansı sual yarandıqda , müalicə həkimi ilə məsləhətləşmək lazımdır.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

İstənilən dərman vasitəsini təyin etdikdə müalicə həkimi ilə məsləhətləşmək lazımdır.

Hamiləlik dövründə sefiksim yalnız müalicə həkimi zəruri hesab etdikdə və həkim nəzarəti altında istifadə edə bilər.Ana südünə

nüfuz etmir , lakin buna baxmayaraq , sefiksim təyin edilibsə , ana südü ilə qidalandırmanı dayandırmaq məsləhət görülür.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Sefiksimi həkimin yazdığı şəkildə qəbul etmək lazımdır.Məsləhət görülən doza gündə 1 dəfə olmaqla 8 mq/kq təşkil edir.

2 – 4 yaş arası uşaqlar : 24 saatdan bir 1 ölçü qaşığı və ya 12 saatdan bir ½ ölçü qaşığı hazır suspenziya verilir.

5 - 8 yaş arası uşaqlar : 24 saatdan bir 2 ölçü qaşığı və ya 12 saatdan bir 1 ölçü qaşığı hazır suspenziya verilir.

9 – 12  yaş arası uşaqlar : 24 saatdan bir 3 ölçü qaşığı və ya 12 saatdan bir ½ ölçü qaşığı hazır suspenziya verilir.

ƏLAVƏ TƏSİRLƏRİ :

Bütün dərman vasitələri kimi , Neosef Sefiksim əlavə təsirlərin yaranmasına səbəb ola bilər.

Sefiksimə ümumi tolerantlıq yaxşıdır.


DOZA HƏDDİNİN AŞILMASI :

Doza həddinin aşılması zamanı pasiyent dərhal müalicə həkimi və ya yaxınlıqdakı tibbi məntəqə məntəqə ilə əlaqə saxlamalı

və mümkünsə preparatı da özü ilə aparmalıdır.

Sefiksimlə doza həddinin aşılması halları qeydə alınmamşıdır.2 qrama qədər sefiksim qəbul edın sağlam böyüklərdə əlavə

təsirlər adi dozada olduğu kimidir və zəif – orta ağırlıqlı xarakter daşıyır.Doza həddinin aşılması zamanı diareya , qusma və

abdominal ağrılar yarana bilər.

 
Təsiredici maddə : Həll edildikdən sonra hər 5 ml suspenziyanın tərkibində 100 mq sefiksim olur.

Köməkçi maddələr : ksantan qətranı , hipromelloza , natrium benzoat , natrium lauril sulfat , aspartam 0,5 mq/ml , xarlanmış

meyvə dadvericisi , narıngi dadvericisi və saxaroza 249,6 mq/ml.

Həll olunduqdan sonra hər 5 ml suspenziyanın tərkibində 1,25 q saxaroza olur.

Həll olunduqdan sonra hər 5 ml suspenziyanın tərkibində 2,5 q aspartam olur.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.