Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

DONORMİL

10.30 AZN
DONORMİL
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Dövrü/tranzitor yuxusuzluq.

ƏKS GÖSTƏRİŞLƏR :

- preparatın tərkibində olan hər hansı komponentə və antihisfamin dərman vasitələrinə qarşı yüksık həssaslıq

- pasiyentin anamnezində və ya irsiyyətində qapalıbucaqlı qlaukomanın mövcud olması

- sidik ifrazının ləngiməsi riski olan uretroprostatik pozğunluqlar

- laktasiya dövrü

- 15 yaşa qədər uşaqlar

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜ :

Əldə olunan məlumatlara əsasən , Doksilamin müddətindən asılı olmayaraq , hamiləlik dövründə istifadə oluna bilər.İstifadə

etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Hamiləliyin son aylarında dərman vasitəsindən istifadə edildikdə yenidoğulmuş körpəyə qulluq zamanı , istifadə olunan

preparatın atropinəbənzər və sedativ xassələrini nəzərə almaq lazımdır.

Laktasiya

Preparatın ama südünə nüfuz etməsi barədə məlumatlar yoxdur.Yenidoğulmuşlarda sedasiya vəziyyətinin və ya oyanıqlığın

yüksəlməsinin baş verə biləcəyini nəzərə  alaraq , laktasiya dövründə preparatın istifadəsi tövsiyə edilmir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Preparatın istifadəsi , yalnız böyüklər üçün nəzərdə tutulub.

Tövsiyə edilən doza sutkada ½ tabletdən 1 tabletə qədərdir.Tablet daxilə yuxudan 15 – 30 dəqiqə əvvəl qəbul edilir.Lazım

olduqda , həkimin təyinatına əsasən doza sutkada 30 mq qədər artırıla bilər , yəni sutkada 2 tablet.Yaşlı pasiyentlərdə ,

qaraciyər və böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə doza aşağı salınmalıdır.

Müalicənin müddəti 2 – 5 gündür.Yuxusuzluq davam etdiyi təqdirdə müalicəyə yenidən baxılmalıdır.

ƏLAVƏ TƏSİRLƏR :

Əlavə təsirlər bəzən meydana çıxır.

- antixolinergik effektlər – qəbizlik , sidik ifrazının ləngiməsi , ağızda quruluq , görmə qabiliyyətinin pozulması , ürək

döyüntüsünün tezliyinin artması , şüurun qarışması

- rabdomioliz , qanda kreatinfosfokinazanın miqdarının artması

- gündüz vaxtı yuxululuq.Bu halda doza aşağı salınmalıdır

Əlavə təsirlər aşkar edildikdə , o cümlədən bu içlik vərəqədə qeyd olunmayan , həkimə müraciət etmək lazımdır.

DOZA HƏDDİNİN AŞILMASI :

Doza həddinin aşılmasının ilkin əlamətləri yuxuya meyllilik və antixolinergik effektlərin simptomlarıdır : oyanıqlıq , göz

bəbəklərinin genişlənməsi , akkomodasiyanın iflici , ağıda quruluq , üzün və boyunun qızarması , hipertermiya , sinus

taxikardiyası.

Təsiredici maddə : 1 tabletin tərkiində 15 mq doksilamin suksinat vardır.

Köməkçi maddə : laktoza monoidrat , natrium kroskarmelloza , mikrokristallik sellüloza , maqnezium stearat.

Örtük : hipromelloza , Sepispers AR 7001 piqmentinin dispersiyası , makroqol 6000 , təmizlənmiş su.