VİLPRAFEN 500 mq

VİLPRAFEN 500 mq

15.92 AZN
Ağ və ya demək olar ki , ağ rəngli uzunsov , ikitərəfli qabarıq , hər iki tərəfində bölmə xətti olan örtüklü tabletlər
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Vilprafen preparatına həssas mikroorqanizmlərin törətdiyi infeksion iltihabi xəstəliklər :

Yuxarı tənəffüs yollarının və LOR – orqanların infeksiyaları :

Tonzillit , faringit , paratonzillit , laringit , orta otit , sinusit , difteriya , skarlatina

Aşağı tənəffüs yollarının infeksiyaları :

Kəskin bronxit , xroniki bronxitin kəskinləşməsi , xəstəxanadankənar pnevmoniya , o cümlədən atipik törədicilər tərəfindən

törədilən , göyöskürək , psittakoz.

ƏKS GÖSTƏRİŞLƏR :

- cozamisinə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq

- digər makrolidlərə qarşı yüksək həssaslıq

- qaraciyər funksiyalarının ağır pozğunluqları

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamilə qadınlarda və ya reproduktiv yaşda olan qadınlarda Vilprafen preparatı yalnız həkim nəzarəti altında və fayda/risk

nisbəti qiymətləndirildikdən sonra istifadə oluna bilər.

Cozamisin ana südünə nüfuz edir.

ÜST – ün avropa şöbəsi cozamisini hamilə qadınlarda xlamidium infeksiyalarının müalicəsi zamanı seçim preparatı kimi

tövsiyə edir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Böyüklər :

Vilprafen preparatının böyüklər üçün tövsiyə olunan gündəlik dozası 1,5 q – 2 q təşkil edir.

Gündəlik doza 2 – 3 qəbula bölünməlidir.

Lazım gələrsə , doza gündə 3 q – a qədər və daha çox artırıla bilər.

Uşaqlar :

Vilprafen preparatının gündəlik dozası hər gün uşaqlar üçün 40 – 50 mq/kq bədən kütləsinə hesabı ilə təyin edilir.Gündəlik

doza bir neçə dəfəyə qəbul edilir.

Kiçik yaşlı uşaqlarda ( 2 – 6 yaş ) Vilprafen preparatı yalnız ciddi xəstəlik zamanı təyin edilməli və ciddi həkim nəzarəti altında

istifadə edilməlidir.

ƏLAVƏ TƏSİRLƏRİ :

Digər makrolidlərin qəbulu zamanı olduğu kimi , Vilprafen preparatının qəbulu zamanı da zəif ifadə olunmuş allergik reaksiyalar

və mədə - bağırsaq traktına əlavə təsirlər qeyd edilmişdir.Qaraciyər funksiyalarının monitorinqi bir neçə zəif ifadə olunmuş

qaraciyər çatışmazlığı halını aşkar etməyə imkan vermişdir.Bu çatışmazlıq preparatın ləğv edilməsindən sonra aradan

qalxmışdır.

DOZA HƏDDİNİN AŞILMASI :

Vilprafen preparatının doza həddinin aşılması həzm sisteminin funksiyasının ürəkbulanma və diareya kimi pozulmasına gətirib

çıxara bilər ki , bu da müalicəvi tədbirlərin görülməsini tələb edir.

Təsiredici maddə : 1 tabletin tərkibində 500 mq cozamisin vardır.

Köməkçi maddələr : mikrokristallik sellüloza , polisorbat 80 , kolloidal silisium 4 – oksid , natrium karboksimetilseelüloza ,

maqnezium – stearat , metilsellüloza , maqroqol 600 , talk , titan 4 – oksid , alüminium – hidroksid , metakril turşusunun və onun

efirlərinin sopolimeri.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.