Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

XONDROZAMİN NEO

17.33 AZN
XONDROZAMİN NEO
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Osteoartoz , əllərin , ayaqların və onurğaarası disklərin digər degenerativ – distrofik xəstəliklərinin kəskinləşməsi zamanı və

oynaqların travmalarından sonra ağırlaşmalar zamanı ağrı və digər iltihab simptomları.

ƏKS GÖSTƏRİŞLƏR :

- MBT orqanlarının eroziyalı – xoralı xəstəlikləri :

- fenilketonuriya , böyrək funksiyalarının kəskin pozğunluqlarıı :

- aspirin astması :

- hemifiliya və qan laxtalanmasının pozulması :

- hemoraggik diatezlər :

- mədə - bağırsaq qanaxmaları və kəllədaxili qan sızmları :

- hamiləlik :

- laktasiya dövrü :

- 15 yaşına qədər uşaqlar :

- preparatın tərkibinə daxil olan hər hansı maddəyə qarşı yüksəlmiş həssaslıq :

- anamnezində asetilsalisil turşusuna və ya dugər QSİƏP qarşı yüksək həssaslıq :

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Böyüklərə və 15 yaşdan yuxarı uşaqlara gündə 2 – 3 dəfə qida qəbulundan sonra 2 kapsul bir qədər su ilə daxilə qəbul

edilir.Həkim məsləhəti olmadan qəbul müddəti 3 həftədən artıq olmamalıdır.Preparatı daha uzun müddət istifadə etmək üçün

həkimlə məsləhətləşmək lazımdır.

ƏLAVƏ TƏSİRLƏRİ :

Dozadan artıq istifadə zamanı və ya preparatın inqrediyentlərinə qarşı yüksək fərdi həssaslıq zamanı qeydə alına bilər : MBT

funksiyasının pozulması , baş gicəllənmələr , dəridə allergik reaksiyalar.Bu reaksiyalar preparatın qəbulunu dayandırdıqdan

sonra aradan qalxır.

DOZA HƏDDİNİN AŞILMASI :

Simptomları : abdominal ağrılar , ürəkbulanma , qusma , tormozlanma , yuxululuq , baş ağrıları , qulaqlarda küy , metabolik

asidoz , koma , kəskin qaraciyər çatışmazlığı , arterial təzyiqin enməsi , hiperkalsiemiya , bradikardiya , taxikardiya , tənəffüsün

dayanması.

Müalicəsi : mədə yuyulmalı ( dərman qəbulundan sonra 1 saat ərzində effektiv hesab olunur ) , aktivləşmiş kömür , qələvi

içkilər , forsirə edilmiş diurez , simptomatik müalicə.

Təsiredici maddə : 1 kapsulda 200 mq xondroitin sulfat : qlükozamin hidroxlorid , 100 mq ibuprofen vardır.

Köməkçi maddələr : krospovidon , kolloidal silisium dioksid , maqnezium stearat , mikrokristallik sellüloza.

Kapsulun örtüyü : jelatin , qliserin , təmizlənmiş su , titan dioksid E – 171 , natrium laurilsulfat , boya maddələri :al qırmızı     

  E – 129 , xinolin sarısı E – 104 , brilyant mavısı  E – 133.