LATİKORT

LATİKORT

3.72 AZN
Təxminən rəngsiz , şəffaf yağabənzər kütlədir.
İSTİFADƏ QAYDASI :

Yoluxmamış dermatozlar , yerli qlükokortikosteroidlərə həssaslıq , həddindən artıq keratinləşmə baş vermiş dəri xəstəlikləri ,

preparatdan həmçinin aşağıdakı hallarda istifadə olunur.

·  Seboreyalı dermatit

·  Atopik dermatit

·  Eritrodermiya

·  Kontakt dermatit

·  Psoriaz

·  Qırmızı qurdeşənəyi

·  Həşərat sancmaları

ƏKS GÖSTƏRİŞLƏR :

·  Preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı həssaslıq

·  Bakterial , virus və göbələk mənşəli dəri infeksiyaları

·  Adi sızanaqlar , çəhrayı səpgilər

·  Preioral dermatit

·  Vaksinasiyadan sonrakı dövr

·  Dəri tamlığının pozulması

·  Dəri şişləri

·  Dərinin tuberkulyoz və ya sifilisli törəmələri

·  6 aya qədər olan uşaqlarda , həmçinin  anal nahiyədə istifadə üçün 12 yaşa qədər uşaqlarda

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik dövründə Latikort preparatının istifadəsi ana üçün olan fayda döl üçün ola biləcək təhlükədən üstün olan halda

mümkündür və bu halda preparat dərinin çox geniş olmayan sahəsinə və qısamüddət ərzində istifadə olunmalıdır və süd vəzisi

nahiyəsinə istifadə etmək olmaz.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Xaricə.

Böyüklərdə : zədələnmiş dəri nahiyəsinə kiçik miqdarda gündə 1 – 3 dəfə təyin olunur.Müalicə dövrü 1 – 3 həftədir.Preparatın

həftəlik dozası 30 – 60 q – dan artıq olmamalıdır.Preparatın massaj vasitəsi ilə tətbiqi dəriyə daha yaxşı nüfuz etməsinə şərait

yaradır.

Uşaqlarda : preparat 6 aylıqdan böyük uşaqlarda tətbiq oluna bilər.

Uşaqlarda böyrəküstü vəzin sürətli inkişafının qarşısını almaq üçün istifadə olunur.Bundan əlavə , böyümə hormonunun

azalması da müşahidə oluna bilər.

DOZA HƏDDİNİN AŞILMASI :

Latikort məlhəmin doza həddinin aşılması halları yoxdur.Preparatdan yüksək dozalarda uzunmüddətli istifadə hiperkortisizm

əlamətlərinin meydana çıxmasına səbəb ola bilər.

Müalicə : preparatdan imtina etmək fonunda simptomatik müalicə aparılır.

ƏLAVƏ TƏSİRLƏRİ :

Əlavə təsirlər nadir hallarda meydana çıxır və dönən xarakterli olur.

Yerli reaksiyalar : nadir hallarda – dəri qıcıqlanması.

Uzunmüddətli isifadə və/və ya geniş dəri sahəsinə , okklüzion sarğı altında istifadəsi zamanı nadir hallarda , çivzəyəbənzər

dəyişikliklər ,hipopiqmentasiya , follikulit , striyalar , ikinci dərəcəli dəri infeksiyaları mümkündür.Nadir hallarda allergik kontakt

dermatitin inkişafı mümkündür.

Təsiredici maddə : 1 q məlhəmin tərkibində1 mq hidrokortizon butirat vardır.

Köməkçi maddələr : ağ vazelin.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.