GİACHELA

GİACHELA

18.59 AZN
20 mq – lıq tabletlər : ağ rəngli , oval , hər iki tərəfi qabarıq və üzərində bölmə xətti olan tabletlər.Tabletlərin hər biri iki bərabər

dozaya bölünə bilər.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Giaçela serotoninin geriyə tutulmasının selektiv inhibitorları adlanan antidepressantlar qrupuna aiddir.Bu preparatlar beyindəki

serotonin sisteminə təsir edərək serotoninin səviyyəsini artırır.Serotonin sisteminin pozğunluqları depresiyanın və müvafiq

xəstəliklərin yaranmasında vacib rol oynayır.

Xəstənin vəziyyətinin yaxşılaşması Giaçela – nı iki həftə qəbul etdikdən sonra baş verə bilər.Bir qədər vaxt aparsa belə ,

pasiyent vəziyyəti yaxşılaşana kimi Giaçelanı qəbul etməkdə davam etməlidir.

Giaçela qəbul etdiyi müddətdə pasiyent vəziyyəti haqda mütəmadi olaraq həkimi məlumatlandırmalıdır.

ƏKS GÖSTƏRİŞLƏR :

Aşağıdakı hallarda Giaçela – dan istifadə etmək olmaz.

- Essitaloprama və ya Giaçelanın tərkibi olan digər inqrediyentlərə qarşı allergik reaksiyalar olduqda.

- Əgər pasiyent Selegilin , moklobemid və linezolid kimi MAO inhibitorları qrupuna aid olan digər dərmanlar qəbul edirsə.

- Əgər pasiyentdə anadangəlmə anadangəlmə və ya sonradan yaranan ürək ritmi pozğunluqları müşahidə edilirsə

- Əgər pasiyent ürək ritminin pozğunluqlarının müalicəsi üçün və ya ürək ritmi pozğunluqlarına səbəb ola bilən dərman

vasitələri qəbul edirsə.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Əgər pasiyent hamilədirsə və ya hamilə olmağa hazırlaşırsa , bu barədə həkimə məlumat vermək lazımdır.Hamilə qadınlara və

ya südəmər uşağı olan analara Giaçela – nı qəbul etmək məsləhət görülmür.Hamiləlik və laktasiya dövründə olan pasiyentlər

Giaçelanı yalnız həkim müalicənin faydasının riskdən daha artıq olduğuna görə məsləhət gördükdə qəbul edə bilərlər.

Hamiləliyin son 3 ayında Gaçela- nı qəbul edən qadınlar nəzərə almalıdırlar ki , yeni doğulmuş körpədə aşağıdakı neqativ

yarana bilər : nəfəsalma problemləri , dərinin rənginin maviyə çalması , qıcolmalar , bədən temperatrunun dəyişməsi.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Bu dərman vasitəsini müalicə həkiminin məsləhət gördüyü şəkildə qəbul etmək lazımdır.Giaçela qida ilə birgə və ya qida

qəbulundan asılı olmayaraq qəbul edilə bilər.Tabletləri çeynəmək məsləhət deyil , çünki dadı acıdır.Lazım gələrsə , tabletlər

bölünərək qəbul edilə bilər.

DOZA HƏDDİNİN AŞILMASI :

Həkimin təyini dozadan artıq Giaçela qəbul etdikdə , dərhal müalicə həkimi və ya yaxınlıqdakı təcili yardım məntəqəsi ilə əlaqə

saxlamaq lazımdır.Hətta diskofort hiss etmədikdə belə , müraciət etmək vacibdir.Doza həddinin aşılması simptomları :

başgicəllənmə , titrətmə , narahatlıq , qusma , qıcolmalar , koma , ürəkbulanma.

RESEPT ƏSASINDA SATILIR
Təsiredici maddə : hər Giaçela tabletin tərkibində 10 mq və ya 20 mq essitalopram vardır.

Köməkçi maddələr : mikrokristallik sellüloza , kolloidal susuz silisium dioksid , talk , kroskarmelloza natrium – stearat , maqnezium

– stearat.

Örtük : hipromelloza , titan dioksid və makroqol 400.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.