ROTAFER PLUS

ROTAFER PLUS

16.00 AZN
N 30 kapsula
İSTİFADƏSİNƏ DAİR GÖSTƏRİŞ :

Aşağıdakı xəstəliklərin müalicəsi zamanı kompleks terapiyanın tərkibində :

- müxtəlif mənşəli dəmirçatışmazlığı anemiyasının və latent çatışmazlığının müalicəsi

- dəmirə yüksək tələbat ( hamiləlik , laktasiya dövrü , donorluq , intensiv inkişaf dövrü , vegetarianlıq , yaşlılıq dövrü )

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Rotafer plus preparatı daxilə qəbul üçün nəzərdə tutulub.

Preparatın dozası və terapiyanın müddəti dəmir çatışmazlığının kəskinliyindən asılıdır.Preparatın sutkalıq dozası sutkada 1

dəfə qəbul oluna bilər.Yemək zamanı və ya yeməkdən dırhal sonra su içməklə qəbul etmək lazımdır.

ƏKS GÖSTƏRİŞLƏR :

- preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq

- orqanizmdə dəmirin miqdarının həddən artıq olması

- dəmirin sərfiyyatının pozulması

- qeyri – dəmir çatışmazlığı

- 12 yaşa qədər uşaq dövrü

Ehtiyatla : mədənin və onikibarmaq bağırsağı xorası , bağırsağın iltihabı xəstəlikləri

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Tələb olunduqda , preparatdan hamiləlik və laktasiya dövründə istifadə etmək mümkündür.

DOZADAN ARTIQ İSTİFADƏ :

Preparatın dozadan artıq istifadəsi halları barədə məlumat verilməmişdir.
 

Kapsulun tərkibində :

Fəal maddələr : 

Dəmir ( ııı ) hdroksid polimaltoz kompleksi  50 mq

Sink qlükonat  50 mq

Fol turşusu   0.35 mq

B
1 vitamini  2 mq

B
2 vitamini  1 mq

B3 vitamini  2 mq

Köməkçi maddələr : mikrokristallik sellüloza , mannit , susuz kolloid silisium dioksid , maqnezium stearat

Kapsulun  örtüyünün tərkibi : titan dioksid , qırmızı dəmir oksid , jelatin

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.