Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

URSOVEF

61.58 AZN
URSOVEF
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

- öd kisəsinin xolesterin öd daşlarının əridilməsində və əmələ gəlməsinin qarşısının alınmasında.Öd  daşlarının diametri 15 mm

– dən böyük olmamalıdır və rentgen şüları ilə görünməməlidir

- dekompensasiya olmayan ilkin biliar sirroz xəstəliyininsimptomatik müalicəsində

- qaraciyərin toksik zədələnmələri , həmçinin kəskin və xroniki alkoqol zəhərlənmələri

- qeyri – alkoqol mənşəli steatohepatitlər

- öd yollarının diskineziyası

- hamilələrdə intrahepatik xolestaz

ƏKS GÖSTƏRİŞLƏR :

URSOVEF tabletləri aşağıdakı hallarda istifadə oluna bilməz :

·  Öd kisəsinin və ya öd yollarının kəskin iltihabi xəstəlikləri

·  Öd yolları tıxanıqlığı

·  Öd yollarının tez – tez sancışəkilli tutmaları

·  Rentgenokontrast kalsinasiya olunmuş öd daşları

·  Öd kisəsinin  yığılma qabiliyyətinin azalması

·  Preparatın hər hansı bir köməkçi maddəsinin öd turşularına qarşı yüksək həssaslığı

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik kateqoriyası B

Tamamilə zəruri olmadığı halda , hamiləlik zamanı istifadə olunmamalıdır.Müalicəyə başlamazdan əvvəl hamiləlik ehtimalı

istisna olunmalıdır.Ursodezoksixol turşusunun hamiləlik zamanı bir neçə sənədləşdirilmiş istifadə hallarına əsasən ,

ursodezoksixol turşusunun hamiləliyə , dölə və yenidoğulmuş uşağa heç bir mənfi təsiri yoxdur.

Laktasiya

Ursodezoksixol turşusunun ana südünə keçib keçməməsi haqqında informasiya yoxdur.

Ursodezoksixol turşusunun ana südü ilə eliminasiyası heyvanlarda araşdırılmışdır.Süd əmizdirmənin kəsilməsi və müalicənin

dayandırılması qərarını aldıqda , ananın ursodezoksixol turşusu ilə müalicəsinin faydası və ya ana südü alan uşağın zərər

görməsi nəzərə alınmalıdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Daxilə qəbul olunur.

Xüsusi istifadə halları

Qaraciyər çatışmazlığı

Böyrək çatışmazlığı

Xüsusi istifadə qaydası yoxdur.Əgər URSOVEFİN – in təsirinin çox güclü və ya zəif olduğunu düşünürsünüzsə , həkiminizə

müraciət edin.

ƏLAVƏ TƏSİRLƏRİ :

Bütün dərman preparatları kimi URSOVEF – in tərkibində olan maddələ qarşı həssas olan  şəxslərdə əlavə təsirlər meydana

çıxa bilər.
 

Təsiredici maddə : 1 tabletin tərkibində 500 mq Ursodezoksixol turşusu vardır.

Köməkçi maddələr : povidon K 30 , mikrokristallik sellüloza , krospovidon , talk , maqnezium stearat , Opadry ıı white 85F18422.