CARE H

CARE H

15.70 AZN
30 ml damcı
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Vasitənin istifadəsi aşağıdakı vəziyyətlərdə tövsiyə olunur :

- yenidoğulmuşların hipoksiya və hipotrofiyası

- doğuş travması , asfiksiya

- iştahanın zəifləməsi və ümumi zəiflik , anoreksiya

- respirator distress – sindrom

- xronik pankreatit

- şəkərli diabet , hipotireoz

- nevrit , nevralgiya

- revmatizm , miokardit

İSTİFADƏSİNƏ DAİR MƏHDUDİYYƏTLƏR :

Vasitənin komponentlərinə qarşı yüksək həssaslıq.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Yenidoğulmuşlarda : 4 damcı gündə 2 dəfə

1 yaşa qədər uşaqlara : 6 damcı gündə 2 dəfə

1 – 3 yaş arası uşaqlara : 8 damcı gündə 2 dəfə

3 – 6 yaş arası uşaqlara : 10 f=damcı gündə 2 dəfə

6 – 12 yaş arası uşaqlara : 12 – 18 damcı gündə 2 dəfə

Böyüklər : 20 damcı gündə 2 dəfə

Preparat yeməkdən 30 – 40 dəqiqə əvvəl qəbul edilir.

DOZA HƏDDİNİN AŞILMASI :

Yüksək dozalarda istifadə olunduqda belə , heç bir toksik təsir müşahidə edilməmişdir.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ :

Preparat hamiləlik və laktasiya dövründə yalnız həkimin təyinatı ilə istifadə oluna bilər.

ƏLAVƏ TƏSİRLƏRİ :

Nadir hallarda yüngül mədə - bağırsaq pozğunluqları müşahidə oluna bilər.

Hər 1 ml məhlulun tərkibində vardır :

Təsiredici maddə : 500 mq levokarnitin

Köməkçi maddələr : limon turşusu , kalium – sorbat , portağal dadlandırıcı , metil hidroksibenzoat , sukraloza , təmizlənmiş su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.