BENZATİN  BENZİNPENSİLLİN İNYEKSİYA 2.4M BV

BENZATİN BENZİNPENSİLLİN İNYEKSİYA 2.4M BV

2.45 AZN

Ağ kristallik tozdur.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Əsasən revmatik qızdırmanın residivinin qarşısını almaq üçün istifadə olunur ,  həmçinin , streptokokk infeksiyasının yayılmasını

nəzarət altına almaq üçün istifadə edilə bilər.

ƏKS GÖSTƏRİŞLƏR :

Pensillinlərə qarşı yüksək həssaslıq.Anamnezində pensillinlərə qarşı allergiya olan və ya pensillinin dəri testinə müsbət cavab

verən pasiyentlərdə istifadə.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Heyvanlar üzərində aparılan reprodiktiv testlərdə pensillinin dölə heç bir zədələyici təsiri aşkar edilməmişdir , dölə

arzuolunması təsirləri istisna etmək üçün hamilə qadınlarda ciddi nəzarət edilən tədqiqatlar aparılmamışdır , ona görə də əgər

həkim tərəfindən ciddi göstəriş olmazsa , bu preparatın hamilə qadınlara təyin olunması tövsiyə olunmur.Preparatın cüzi

miqdarı ana südünə nüfuz edə bilər , laktasiya dövründə suspenziya istifadə oluna bilər.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

İstifadədən əvvəl suspenziya əldə etmək üçün üzərinə müvafiq inyeksiya üçün steril su əlavə etmək lazımdır.Böyüklər üçün 2 –

4 həftədən bir 600 000 – 1 200 000 TV , uşaqlar üçün 2 – 4 həftədən bir 300 000 – 600 000 TV əzələ daxilinə yeridilir.

ƏLAVƏ TƏSİRLƏRİ :

Pensillindən istifadə zamanı allergik reaksiya verə bilər.Dəri səpgisi ən geniş yayılmış əlavə təsiridir.
Təsiredici maddə : 1 flakonda 2 400 000 TV benzatin benzilpensillin vardır.

Köməkçi maddə : təmiz lesitin.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq