MEGAFER FORTE

MEGAFER FORTE

7.70 AZN
Qəhvəyi rəngdə ağ ləkələrlə , dairəvi , hər iki tərəfdən qabarıq , qırmızımtıl – qəhvəyi örtüyə malik tabletlər.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

·  Latent gedişli dəmir çatışmazlığı və dəmir çatışmazlığı , dəmirdefisitli anemiyası , müxtəlif mənşəli fol turşusu çatışmazlığı

·  Hamiləlik dövründə yüksəlmiş dəmir və fol turşusu çatışmazlığının profilaktikası

ƏKS GÖSTƏRİŞLƏR :

·  Hemoxromatoz , xroniki hemoliz

·  Preparatın komponentlərinə və dəmirə qarşı həssaslıq

·  Dəmirin utilizasiyası mexanizmlərinin pozulması

·  Dəmir çatışmazlığı ilə əlaqədar olmayan anemiyalar

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Dölə təsirinə görə FDA – nın A kateqoriyasına aiddir.Hamiləliyin ı və ıı üçaylığında ana və dölün həyatı üçün heç bir mənfi təsir

qeyd olunmamışdırFol turşusu teratogen faktorlara qarşı qoruyucu funksiya daşıyır.Dəmir kliniki olaraq az miqdarda  ana

südünə keçir.Uşağa zərər vermir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Preparatı yemək zamanı və yeməkdən sonra qəbul olunur.Anemiyanın dərəcəsindən asılı olaraq hemoqlobin göstəricilərinin

normallaşmasına qədər gündə 2 dəfə , hər dəfə 1 tablet qəbul olunur , daha sonra gündə 1 dəfə qəbul edilməklə müalicə

davam etdirilir.

Anemiyanın profilaktikası üçün gündə 1 dəfə 1 tablet qəbul edilir.

Müalicə müddəti dəmir çatışmazlığının dərəcəsindən asılıdır , həkim tərəfindən müəyyən olunur.

ƏLAVƏ TƏSİRLƏR :

Megafer forte adətən yaxşı mənimsənilir , əlavə təsirləri keçici xarakterlidir , gedəndir və özünü zəif göstərir.MBT tərəfinən :

epiqastral nahiyədə ağrı , ürəkbulanma , qusma , köpmə , diareya olur.

DOZA HƏDDİNİN AŞMASI :

Dozadan artıq sorulma nadır hallarda mümkündür.Dəmirdefisitli anemiyanın qeyri düzgün diaqnostikası orqanizmin dəmirlə

yüksəlməsinə səbəb ola bilir.

Dəmirlə zəhərlənmə zamanı desferroksamin və ya etilendiamin tetrasirkə turşusunun kalsium dinatrium duzu təyin olunur

Təsiredici maddə : hər tabletdə 100 mq elementlər dəmirə ekvivalent olan və 0.35 mq fol turşusu vardır.

Köməkçi maddələr : krospovidon , polietilenqlikol 6000 , polivinilpirrolidon , maqnezium – stearat , mikrokristallik sellüloza .

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.