LOKSİDOL 15 mq

LOKSİDOL 15 mq

3.59 AZN
Girdə , iki tərəfli qabarıq , bir tərəfində ʺ LOX 15 " oymalı qişa ilə örtülü həblər.Qişası parlaq – sarı rəngli , içi solğun sarı rəngli.
İSTİFADƏYƏ GÖSTƏRİŞ :

Aşağıdakı xəstəliklərin simptomatik müalicəsi :

- revmatoid artit

- oynaqların deformasiyaedici osteoartrozu

- ankilozlaşdırıcı apondiloartrit

ƏKS GÖSTƏRİŞLƏR :

- meloksikama və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq

- mədə və ya 12 barmaq bağırsağın vora xəstəliyinin kəskinləşmə dövründə və ondan 6 aydan az olmayan müddətdə

- hemodializə məruz qalmayan xroniki böyrək çatışmazlığı olan xəstələr

- ağır qaraciyər çatışmazlığı

- uşaqlar və 15 yaşa qədər yeniyetmələr

- qanaxmalar , beyinə qansızma

- hamiləlik dövrü

- laktasiya dövrü

ƏLAVƏ TƏSİRLƏRİ :

Həzm sistemi tərəfindən : dispepsiya , ürəkbulanması , qusma , qarında ağrılar , qəbizlik , meteorizm , ishal , gəyirmə , ezofagit

, mədə və 12 barmaq bağırsaq yolundan qanaxmalar , ağız boşluğunun iltihabı.

Qanyaranma sistemi tərəfindən : anemiya , leykopeniya , trombositopeniya

Tənəffüs sistemi tərfindən : kəskin astma tutması

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Daxilə qəbul üçün

Revmatoid artritdə peparat 15 mq/gün təyin edilir.Terapevtik effekt kifayət qədər azaldıla bilər.

Osteoartrozda tövsiyə edilən doza 7.5 mq/gün.Ehtiyac olduqda doza 15 mq/gün artırıla bilər

Ankilozlaşdırıcı spondiloartritdə loksidol preparatı 15mq/gün dozada təyin edilir.

Maksimal gündəlik doza 15 mq.

HAMİLƏLİK VƏ LAKTASİYA ZAMANI TƏTBİQİ :

Prparatın hamiləlik və laktasiya dövründə istifadəsi qadağandır.

DOZA HƏDDİNİN AŞILMASI :

Simptomları : əlavə təsirlərin güclənməsi qeyd olunur.

Müalicəsi : həkimə müraciət etmək lazımdır.
 

Bir qişa ilə örtülü həbin tərkibində  :

Aktiv maddə : meloksikam 15 mq.

Köməkçi maddə : laktoza monohidrat , mikrokristallik sellüloza , natrium  kroskarmelloza , maqnezium stearat , talk.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.