Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

PROFİN – 5

14.99 AZN
PROFİN – 5
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Prostat vəzisinin xoşxassəli hiperplaziyasının profilaktikası və kompleks müalicəsi zamanı.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Qida qəbulundan asılı olmayaraq 5 mq gündə 1 dəfə daxilə qəbul olunur.Kliniki effekt alınana qədər müalicə 6 ay davam

edir.Müalicənin effekti 3 ay sonra simptomların azalması ilə müşahidə olunur.Təqribən 50% xəstələrdə kliniki simptomların aradan

qalxması 12 ay müddətində davam edir.Profin – 5 preparatının doksazozin preparatı ilə kombinə terapiyası zamanı prostat vəzinin

xoşxassəli hiperplaziyasında müşahidə olunan simptomlar tez bir zamanda aradan qalxır.

ƏKS GÖSTƏRİŞLƏR :

Finasteridə və preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq, prostat vəzisinin xərçəngi sidik yollarının

obstruksiyası, uşaqlıq dövrü.Qaraciyər funksiyasının pozğunluğu zamanı ehtiyatla istifadə olunmalıdır.

ƏLAVƏ TƏSİRLƏRİ :

Allergik reaksiyalar , ginekomastiya , süd vəzilərində ağrılar , süd vəzilərindən ifrazat , preparatın qəbulu zamanı

impotensiya.Əlavə əks təsirlərin rastgəlmə tezliyi 3 – 4 % - dan artıq olmur.

1 tabletin tərkibi :

Təsiredici maddə : 1 tabıetin tərkibində 5mq finasterid vardır.

Köməkçi maddələr : mikrokristallik sellüloza , qarğıdalı nişastası , sarı dəmir oksidi , natrium dokuzat , maqnezium – stearat.