ALORA

ALORA

6.62 AZN
Qırmızı şərab rəngli , dairəvi , qabarıq , səthi bərabər örtüklü tabletlərdir
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Alora 100 mq örtüklü tabletlər mental stressin mülayim simptomlarının yüngülləşdirilməsi üçün və yuxu pozulmaları zamanı

istifadə olunur.

ƏKS GÖSTƏRİŞLƏR :

Preparatın komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜ :

Hamiləlik zamanı və laktasiya dövründə bu preparatın istifadəsi haqqında məlumat mövcud deyil , buna görə ana üçün

gözlənilən fayda və körpəyə olan potensial riski qiymətləndirmək mövcuddur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Gün ərzində sedativ təısiri təmin etmək üçün tövsiyə edilən peroral doza gündə üç dəfə yeməkdən əvvəl 100 mq təşkil

edir.Yuxu pozğunluğu zamanı : böyüklər üçün tövsiyə edilən peroral doza gündə 1 dəfə yatmazdan bir saat əvvəl 200 – 300

mq təşkil edir.12 yaşdan aşağı uşaqlarda istifadəsi tövsiyə olunmur.

ƏLAVƏ TƏSİRLƏRİ :

İmmun sistemin pozğunluqları

Məlum olmayan : hiperhəssaslıq

Ürək pozğunluqları

Məlum olmayan : taxikardiya

Mədə - bağırsaq pozğunluqları

Məlum olmayan : ürəkbulanma

DOZA HƏDDİNİN AŞILMASI :

Preparatın doza həddinin aşılması barədə məlumat yoxdur.Doza həddinin aşılması olarsa , mədə yuyulmalı və simptomatik

müalicə aparılmalıdır.

Təsiredici maddə : 1 tabletin tərkibində 100 mq Passifloranın quru ekstraktı vardır.

Köməkçi maddələ : povidon , krospovidon , natrium kroskarmelloza , kolloidal susuz silisium dioksid , mikrokristallik sellüloza PH

102 , maqnezium stearat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.