Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

FLAMADEKS 25 MQ N5 (AMPUL)

5.98 AZN
FLAMADEKS
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

- müxtəlif mənşəli ağrı sindromun aradan qaldırılması

- dayaq - hərəkət aparatının kəskin və xroniki iltihabı , iltihabi – degenerativ və metabolik xəstəliklərin simptomatik müalicəsi

Preparat , istifadə zamanı simptomatik müalicə , ağrıların və iltihabın azaldılması üçün nəzərdə tutulub və xəstəliyin

proqessivləşməsinə təsir etmir.

ƏKS GÖSTƏRİŞLƏR :

- deksketoprofenə və/və ya digər QSİP - ə və/və ya preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq

- mədə - bağırsaq traktının və onikibarmaq bağırsağın eroziv – xoralı zədələnmələri

- anamnezdə mədə - bağırsaq qanaxmalarının və digər fəal qanaxmaların olması

- kəskinləşmə dövründə olan bağırsağın iltihabi xəstəlikləri

- qaraciyərin ağır funksional pozğunluqları

- təsdiqlənmiş hipeqrkaliemiya

- dekompensəolunmuş ürək çatışmazlığı

- hamiləlik və laktasiya dövrü

- uşaqlar və 18 yaşa qədər yeniyetmələr

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Əzələ daxilinə , vena daxilinə şırnaq üsulu və damcı üsulu ilə yeridilir.

Böyüklər üçün tövsiyə edilən doza : hər 8 – 12 saatdan bir 50 mq.Ehtiyac yarandıqda preparatı təkrar 6 saatlıq intervalla

yeritmək mümkündür.Sutkalıq doza 150 mq – dan artıq olmamalıdır.Flamadeks preparatı qısamüddətli istifadə üçün nəzərdə

tutulub və preparatla müalicə kəskin simptomlar dövrü ilə məhdudlaşdırılmalıdır.

ƏLAVƏ TƏSİRLƏRİ :

Qanyaradıcı sistemdə baş verən pozğunluqlar :

- nadir hallarda – anemiya

- çox nadır hallarda – neytropeniya , trombositopeniya

Hissiyat orqanlarında baş verən pozğunluqlar :

- bəzən – qulaqlarda küy

- nadir hallarda – ekstrasistoliya , taxikardiya , arterial hipertenziya , periferik ödem , səthi tromboflebit

Tənəffüs sistemində baş verən pozğunluqlar :

- nadir hallarda – bradipnoe

- çox ndır hallarda – bronxospazm , dispnoe

Həzm sistemində baş verən pozğunluqlar :

- tez – tez – ürəkbulanma , qusma

- bəzən – abdominal ağrı , dispepsiya  ,diareya , qəbizlik , hematemezis , ağızda quruluq

- nadir hallarda – qanaxmalar və perforasiya daxil olmaqla , mədə - bağırsaq traktının erozivxoralı zədələnməsi , anoreksiya

qaraciyər fermentlərinin fəallığının yüksəlməsi , sarılıq

- çox nadir hallarda – nefrit və ya nefrotik sindrom

DOZA HƏDDİNİN AŞILMASI :

Doza həddinin aşılması qeydə alınmayıb.Qusma , anoreksiya , abdominal ağrılar , başgicəllənmə , dezoriyentasiya , baş ağrısı

, yuxuya meyllilik kimi əlamətlərin meydana çıxması ehtimal edilir.

Müalicəsi – simptomatik terapiya : tələb olunduqda – heodializ.

 
1 ampulun içində

Təsiredici maddə : 2 ml məhlulun ( 1 ampul ) tərkibində 50.0 q deksketoprofen trometamol vardır.

Köməkçi maddələr : etanol , natrium xlorid , natrium disulfit , natrium hidroksid , inyeksiya üçün su.