RODİNİR 300 mq

RODİNİR 300 mq

13.98 AZN
Korpusu boz rəngli , qapağı qara rəngli , tərkibində demək olar ki ağ rəngə kimi toz olan 1 ölçülü sərt jelatin kapsullar
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Preparata həssas mikroorqanizmlər tərəfindən törədilən yüngül formadan ağır formaya qədər infeksion iltihabi xəstəliklər :

- lor orqanların infeksiyaları : kəskin sinusit , kəskin orta otit faringit , tonzillit :

- aşağı tənəffüs yollarının infeksiyaları : xroniki bronxitin kəskinləşməsi , xəstəxanadan kənar pnevmoniya.

- dərinin və yumşaq toxumaların fəsadlaşmamış infeksiyaları.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Rodinir kapsullarını qida qəbulundan asılı olmayaraq , gündə 1 – 2 dəfə daxilə qəbul edirlər.

Dozalar infeksiyanın xarakteri və ağırlığı ilə , eləcə də ehtimal olunan törədicinin həssaslığı ilə müəyyən olunur.

Böyüklərə və 13 yaşdan yuxarı uşaqlara müalicə üçün preparatın aşağıdakı dozalama rejimi məsləhət görülüb :

- faringit , tonzillit , xroniki bronxitin kəskinləşməsi : 5 – 10 gün ərzində hər 12 saatdan bir 300 mq və 10 gün ərzində gündə 1

dəfə 600 mq.

- kəskin sinusit : hər 12 saatdan bir 300 mq və ya 10 gün ərzində gündə 1 dəfə.

- xəstəxanadan kənar pnevmoniya , dərinin və yumşaq toxumaların fəsadlaşmış infeksiyaları : 10 gün ərzində hər 12 saatdan

12 saatdan bir 300 mq.

6 aydan 12 yaşa qədər uşaqlara preparat aşağıdakı dozalarda təyin olunur :

Kəskin orta otit , faringit , tonzillit : 5 – 10 gün ərzində hər 12 saatdan bir 7 mq/mk və ya 10 gün ərzində gündə 1 dəfə 14

mk/kq.

ƏKS GÖSTƏRİŞLƏR :

Preparatın komponentlərinə və ya sefalosporinlər sinfindən olan digər antibiotiklərə qarşı yüksək həssaslıq.

ƏLAVƏ TƏSİRLƏRİ :

Həzm sistemi tərəfindən : ürəkbulanma , diareya : nadir halda dispepsiya , qastrit , qusma , qarında ağrılar , AST , ALT və LDQ

– nın aktivliyinin artması

Allergik reaksiyalar : anafilaksiya , bronxospazm , təngnəfəslik , angionevrotik şiş , Stivens – cons sindromu , çoxformalı

eritema , toksiki epidermal nekroliz

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Rodinir ana və döl üçün gözlənilən fayda döl və ya körpə üçün potensial riskdən yüksək olduğu təqdirdə , hamiləlik və laktasiya

zamanı təyin olunur.

DOZADAN ARTIQ İSTİFADƏ :

Sefdinirin dozadan artıq istifadəsi barədə məlumat yoxdur.

Gözlənilən mümkün simptomlar : ürəkbulanma , qusma , epiqastridə ağrı , diareya və qıcolma .

Müalicə : simptomatik terapiya aparmaq.Sefdinir orqanizmdən hemodializə xaric olur.

Kapsulun tərkibində :

Aktiv maddə : sefdinir 300 mq

Köməkçi maddələr : kalsium , maqnezium stearat , polioksil 40 stearat , kolloid susuz silisium dioksid.

Kapsulun örtüyünün tərkibi : titan dioksid , dəmir qara oksid , təmizlənmiş su , jelatin

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.