Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

İKSİM

12.12 AZN
İKSİM
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Preparata qarşı həssas mikroorqanizmlər tərəfindən törədilən xəstəliklər :

·  Streptococcus pyogenes tərəfindən törədilmiş faringit

·  Orta qulağın pensilinə həssas streptococcus pneumoniae , Haemophlius influenzae , moraxella catarrhalis və ya

streptococcus pyogenes tərəfindən törədilmiş kəskin orta otiti

·  Pensilinə həssas streptococcus pneumoniae haemophilus influenzae tərəfindən törədilmiş kəskin və xroniki bronxit

·  Cinsi yolla keçən ağırlaşmamış süzənək

ƏKS GÖSTƏRİŞLƏR :

Preparatın tərkibinə daxil olan hər hansı bir komponentə və sefalospoin qrupu antibiotiklərinə qarşı yüksək həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ :

Preparatın qəbulundan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.

Hamiləlik dövründə preparatın istifadəsinə dair məlumat yoxdur.

Hamiləlik üzərində aparılan təcrübələr zamanı hamiləlik/embrion/dölün inkişafı/doğuş və ya doğuş sonrası inkişaf

dönəmlərində sefiksimin birbaşa və ya dolayı mənfi təsiri müəyyən edilməmişdir.

Preparatla müalicə zamanı ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

İSTİFADƏ QAYD
ASI VƏ DOZASI :

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar : gündə bir dəfə 400 mq ( 1 tablet ) qəbul edilir.Təyin edilmiş birdəfəlik doza gün ərzində

200 mq iki ayrı dozada qəbul edilə bilər.

Müxtəlif yaş qrupları :

Uşaqlar : 6 və yuxarı yaşlı uşaqlarda preparatın suspenziya şəklində istifadə olunması tövsiyə olunur.

Yaşlı xəstələr : yaşlı xəstələr üçün xüxuxi istifadə qaydası yoxdur.Yaşlı xəstələr preparatı böyüklər kimi qəbul edilə bilər.

ƏLAVƏ TƏSİRLƏRİ :

Bütün preparatlarda olduğu kimi İXİM- in tərkibində olan komponentlərə qarşı həssaslığı olan xəstələrdə əlavə təsirlər

müşahidə oluna bilər.

DOZA HƏDDİNİN AŞILMASI :

Preparatın qəbulu ilə əlaqədar intoksikasiya əlamətləri müşahidə edilməmişdir.

Gündəlik dozadan artıq dozanın qəbulu zamanı qeyd olunmuş əlavə təsirlər müşahidə edilə bilər.

Müalicə : mədənin yuyulması : simptomatik və dəstəkləyici müalicə aparılmalıdır.

Təsiredici maddə : 1 tabletin tərkibində 400 mq sefiksimə ekvivalent olaraq 447,63 mq sefiksim trihidrat vardır.

Köməkçi maddələr : mikrokristallik sellüloza , prejelatinləşdirilmiş nişasta , kalsium hidrofosfat dihidrat , natrium lauril sulfat ,

hipermelloza 5cP titan 4 oksid , makraqol.