ROKSİN 500 mg

ROKSİN 500 mg

7.20 AZN
Ağ və kremi ağ rəngli , oval , iki tərəfli qabarıq , bir üzündə "ROXİN 500" yazılı , digər üzü nahamar örtüklü tabletlərdir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Siprofloksasinə qarşı həssas olan mikroorqanizmlərin törətdiyi infeksiyalar və iltihabi xəstəliklər :

·  Tənəffüs yollarının infeksiyaları

·  Sidik yollarının infeksiyaları

·  Dərinin və yumşaq toxumaların infeksiyaları

·  Cərrahi infeksiyalar

·  Sümük və oynaq infeksiyaları

·  Ginekoloji infeksiyalar

·  Cinsi yolla ötürülən infeksiyalar

·  Qastrointestinal infeksiyalar

ƏKS GÖSTƏRİŞLƏRİ :

Siprofloksasinə , xinolon törəməsi qrupundan olan digər kimyaterapevtik preparatlara və ya preparatın tərkibində olan

komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq , əvvəllər flüorxinolomlar tərəfindən törədilmiş oynaq xəstəlikləri.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Siprofloksasin hamiləlik zamanı istifadə edilməməlidir.

Siprofloksasin ana südünə keçir və oynaqlarla bağlı mümkün zədə riski ilə bağlı olaraq əmizdirən analar tərəfindən istifadə

edilməməlidir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

- tənəffüs yolu infeksiyaları  gündə iki dəfə 1 ya da 1.5 tablet

Sidik yolları infeksiyaları

- kəskin , mürəkkəb olmayan  gündə iki dəfə yarım ya da 1 tablet

- qadınlarda sistit  gündə bir dəfə 1 tablet

- mürəkkəb olan  gündə  iki dəfə 1 və ya , 1.5 tablet

Gonoreya

- genital hissə xaricində  gündə iki dəfə yarım tablet

- kəskin , çətin olmayan  tək doza 1 tablet

Genital infeksiyalar

- mürəkkəb olmayan gonoreya   gündə 1 dəfə 1 tablet

- adneksit , prostatit  gündə iki dəfə 1 və ya 1.5 tablet

Digər infeksiyalar  gündə iki dəfə 1 tablet


Tənəffüs yolu ilə keçən sibir yarası  gündə iki dəfə 1 tablet

ƏLAVƏ TƏSİRLƏRİ :

Siprofloksasin adətən orqanizm tərəfindən yaxşı qəbul olunur.Bu günə qədər ciddi toksik təsirləri qeydə alınmamışdır.Nadir

hallarda əlavə təsirlər müşahidə oluna bilər.

DOZA HƏDDİNİN AŞILMASI :

Absorbasiya olunmamış preparat mədənin yuyulması və ya qusma törədilməklə orqanizmdən kənarlaşdırılmalıdır.Klinik

müşahidə , simptomatik müalicə , simptomatik müalicə və həyati vacib funksiyaların təmin olunması , həmçinin kristalluriya

riskini azaltmaq üçün adekvat hidratlaşma həyata keçirilir.

Təsiredici maddə : 1 örtüklü tabletin içində 583 mq – a ekvivalent olaraq 500 mq siprofloksasin hidroxlorid vardır.

Yardımçı maddə : qarğıdalı nişastası , mikrokristallik sellüloza PH102 : natrium nişasta qlikolyatı , koloidal silisium dioksid , PVP K

– 30 , maqnezium stearat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.