NİKOMEKS

NİKOMEKS

18.46 AZN
Rəngsiz və ya sarımtıl şəffaf mayedir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Beyin – qan dövranın kəskin pozulması

Kəllə - beyin travması və onun fəsadları

Disirkulyator ensefalopatiya

Vegetativ damar distoniyası sindromu

Ateroskleroz mənşəli yüngül koqnitiv pozulmalar

Nevrotik və nevrozabənzər vəziyyətlər

Kəskin miokard infarktının kompleks terapiyası

İlkin açıqbucaqlı qlaukomanın müxtəlif mərhələlərinin komples terapiyası

Alkoqolizmin nevrozabənzər və vegetativ – damar dəyişikliyi ilə keçən abstinent sindromu aradan qaldırmaq məqsədilə

Antipsixotik vasitələrlə kəskin intoksikasiya

Qarın boşluğunun kəskin irinli – iltihabi proseslərinin kompleks terapiyası

ƏKS GÖSTƏRİŞLƏR :

Kəskin qaraciyər və böyrək çatışmazlığı.Preparata qarşı yüksək həssaslıq.Hamiləlik və laktasiya dövrü , uşaqlarda istifadəsi.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik və laktasiya dövründə təhlükəsizliyinə , təsirinə dair məlumat olmadığından istifadəsi tövsiyə olunmur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Nikomeks əzələdaxilinə və vena daxilinə infuziya şəklində yeridilir.Dozalar fərdi təyin olunur.İnfuziya üsulunda preparat 0.9%

NaCl məhlulunda həll olunur.Müalicə böyüklərdə gündə 1 – 3 dəfə 50 – 100 mq – dan başlayır.Terapevtik effekt alınana qədər

doza artırıla bilər.

Nikomeks vena daxilinə şırnaq üsulu ilə 5 – 7 dəqiqə ərzində yavaş , damcı üsulu ilə - dəqiqədə 40 – 60 damcı

yeridilir.Maksimal sutkalıq doza 800 mq – dır.

ƏLAVƏ TƏSİRLƏRİ :

Ürəkbulanma və ağız boşluğunun quruluğu , yuxululuq , allergik reaksiya , emosional reaktivlik , qorxu hissi , distal hissi , distal

hiperhidroz , başağrısı , koordinasiya pozğunluğu , yüksək və aşağı arterial təzyiq müşahidə oluna bilər.

DOZA HƏDDİNİN AŞILMASI :

Doza həddi aşıldıqda yuxululuq yarana bilər.Müalicə - dezintoksikasion terapiya.

Tədiredici maddə : 1 ml məhlulun tərkibində 50 mq etilmetilhidrok sipiridin suksinat vardır.

Köməkçi maddələr : natrium metabisulfit , inyeksya üçün su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.