RİLEPTİD 4 MG

RİLEPTİD 4 MG

17.96 AZN
Rileptid 4 mq: ağ və demək olar ki ağ rəngdə, uzunsov, ikitərəfli qabarıq, bir tərəfində “754” rəqəmi və “E” hərfi, digər tərəfində

bölmə xətti olan, qoxusuz örtüklü tabletlər.
 

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Reliptid aşağıdakı xəstəliklərin müalicəsi üçün istifadə edilir:

-  Şizofreniya: bu xəstəlik zamanı siz olmayan hadisələri görə, eşidə və ya hiss edə, gərçəkdə baş verməyənlərə inana, hər

şeyə şübhə ila yanaşa bilərsiniz, eyni zamanda şurunuz dumanlana bilər;

-  Maniyalar: bu zaman yüksək həyacan, çox yaxşı əhval-ruhiyyə, aktivliyin artması baş verə bilər. Maniyalar: “bipolyar

pozğunluq” zamanı rast gəlir;

-  İntellekt aşağı səviyyədə olan 5 və yuxası yaşlı uşaqlarda və əqli inkişaf gecikmiş yeniyetmələrdə davamlı aqressiyanın

qısamüddətli ( 6 həftəyə qədər ) müalicəsi.

Releptid örtüklü tabletlərin təsirinə və istifadəsinə dair sualınız yaranarsa, həkiminizə müraciət edin.

ƏKS GÖSTƏRİŞLƏR:

Risperdiona və ya preparatın tərkibində olan köməkçi maddələrdən, hər hansı birinə qarşı yüksək həssaslıq ( allergiya ).

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Şizofreniya müalicəsi:

Böyüklər:

-  Tövsiyə olunan 2 mq ilk doza, ikinci gün 4 mq-a qədər artırıla bilər.

-  Lazım gələrsə sizin müalicəyə cavab reaksiyasından asılı olaraq həkim dozaya dəyişiklik edə bilər;

-  Pasiyentlərin əksəriyyətində 4 mq-dan 6 mq-a qədər gündəlik doza qəbulu zamanı yaxşılaşma baş verir;

-  Sutkalıq dozanı bir və ya iki dəfəyə ( səhər və axşam ) qəbul etmək olar.

Qəbul ediləcək tabletlərin sayını həkiminiz sizin vəziyyətinizi nəzərə alaraq təyin edəcək.

Yaşlılar:

-  Adətən, böyüklər üçün tövsiyə olunan dozanın yarısı təyin edilir;

-  Sonra sizin gündəlik dozanız iki qəbula bölməklə, tədricən 1 və ya 2 mq-a qədər artırıla bilər;

Qəbul ediləcək tabletlərin sayını həkiminiz sizin vəziyyətinizi nəzərə alaraq təyin edəcək.

Uşaq və yeniyetmələr:

18 yaşa qədər uşaq və yeniyetmələr şizofreniyanın müalicəsi üçün Rileptid qəbul erməməlidilər.


DOZA HƏDDİNİN AŞILMASI:

-  Dərhal həkimə müraciət edin. Qalan tabletləri və təlimatı özünüzlə götürün.

-  Doza həddinin aşılması zamanı sizdə yuxululuq, yorğunluq, anormal bədən hərəkətləri inkişaf edə bilər, bədnin dik

saxlanılmasında, yeriməkdə problemlər yarana bilər, başgicəllənmə, arterial təzyiqinin düşməsi, qeyri normal ürək döyüntüləri

və qıcolma baş verə bilər.

ƏLAVƏ TƏSİRLƏR:

Hər bir dərman vasitəsi kimi, bu preparat da bəzi pasiyentlərdə əlavə təsir effektini yarada bilər.

Aşağıdakı hallar inkişaf edərsə, dərhal həkiminizə məlumat verin:

-  Venaların trombozu, xüsusilə aşağı ətraflarda ( ödem, ağrı və ətrafların qızarması ). Qan laxtaları damar vasitəsilə ağciyərə

düşərək, sinə ağrılarına və təngənəfəsliyə səbə ola bilər. Bu simptomların hər hansı birini müşahidə etsəniz, dərhal həkimə

müraciət edin.

-  Demensiyadan əziyyət çəkirsinizsə və sizdə qəfil ruhi dal dəyişkliyi və ya zəyiflik baş verirsə, və ya üz, əl və ya ayaqlarda

keyləşmə inkişaf edirsə ( xüsusilə bədənin bir tərəfində ) və ya nitqiniz anlaşılmaz olursa ( hətta qısa müddət ərzində ). Bunlar

hamısı isult əlamətləri ola bilər.

-  Yüksək qızdırma, əzələ rigidliyi  gərginliyi , yuxululuq, şüurun dumanlanması, güclü tərləmə ( “bədxassəli neyroleptik

sindrom” adlanan pozulma ). Bu halda təcili tibbi yardıma ehtiyac yarana bilər.

-  Kişilərdə - uzunmüddətli ağrılı ereksiya ( “priapizm” ), adətən cinsi meyllilik olmadan. Bu halda təcili tibbi yardıma ehtiyac

yarana bilər.




 
Təsiredici maddə: 1 tabletin tərkibində müvafiq olaraq 1 mq, 2 mq, 3 mq və 4 mq risperidon vardır.

Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, mikrokristallik sellüloza, maqnezium stearat, susuz kolloidal, silisium

dioksid, natrium laurilsulfat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.