MOLSİDOMİN LF 4MQ

MOLSİDOMİN LF 4MQ

8.64 AZN
Ağ və ya ağımtıl rəngli , yastıslindirik formalı , bir tərəfində faskalı riskalı yumru tabletlər.

Ayırıcı riska tabletin udulmasını asanlaşdırmaq məqsədilə bölmək üçün nəzərdə tutulmuşdur , tabletin dozalara bölünməsi üçün

nəzərdə tutulmayıb.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

- stenokardiya tutmalarının profilaktikası.

- xroniki ürək çatışmazlığı.

ƏKS GÖSTƏRİŞLƏRİ :

- molsidominə və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq

- kəskin qan dövranı çatışmazlığı

- kəskin miokard infarktı və sol – mədəcik çatışmazlığı zamanı sol mədəciyin dolma təzyiqinin aşağı olması

- ağır arterial hipotenziya

- hamiləlik və laktasiya dövrü

- 18 yaşa qədər

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Tabletləri yemək zamanıvə ya yeməkdən sonra , kifayət miqdarda maye ilə içərək qəbul etmək lazımdır.

Molsidomin LF preparatı bərabər zaman fasiləsilə qəbul olunmalıdır.

Preparatın dozası xəstəliyin ağırlıq dərəcəsindən , və xəstənin müalicəyə qarşı reaksiyasından asılıdır.

Müalicənin başlanğıcında 2 mq gündə 2 dəfə təyin olunur.

ƏLAVƏ TƏSİRLƏRİ :

Mədə bağırsaq traktı tərəfindən pozulmalar : nadir – ürəkbulanma , iştahanın itirilməsi

Ürək – damar sistemi tərəfindən pozulmalar : tez – tez arterial təzyiqin ifadə olunmuş enməsi , bəzən kollapsa qədər , nadir –

taxikardiya , ortostatik hipotenziya , üz dərisinin qızarması .

Qan və limfa sistemi tərəfindən pozulmalar : trombositopeniya.

DOZA HƏDDİNİN AŞILMASI :

Çox miqdarda preparatın qəbulu zamanı aşağıdakı simptomlarmüşahidə oluna bilər : güclü başağrısı , arterial təzyiqin ifadə

olunmuş enməsi , taxikardiya.


Müalicə : qusmanı yaratmaq lazımdır , mədənin yuyulması , simptomatik terapiya tətbiq olunur.

Təsiredici maddə :  tabletin tərkibində 2 mq və ya 4 mq molsidomin vardır.

Köməkçi maddələr : maqnezium – stearat , krospovidon , laktoza monohidrat

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.