ZİMAKS SKVEA 5 ml/200 mq

ZİMAKS SKVEA 5 ml/200 mq

3.64 AZN
Ağ rəngli tozdur.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Zimaks Skvea preparatına həssas mikroorqanimlər tərəfindən törədilən infeksion xəstəliklər :

- aşağı tənəffüs yollarının infeksiyaları

- yuxarı tənəffüs yollarının infeksiyaları

- dərinin və yumşaq toxumaların infeksiyaları

- cinsi yolla ötürülən qadın və kişi xəstəlikləri

ƏKS GÖSTƏRİŞLƏR :

- preparatın istənilən komponentinə və digər makrolidlərə qarşı yüksək həssaslıq

- qaraciyər əsas xaricolma yolu olduğu üçün qaraciyər xəstəliyi olan pasiyentlərdə azitromisin istifadə edilməməlidir

- terfinadin və astemizol ilə eyni vaxtda istifadəsi

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Preparat qida qəbulundan asılı olmayaraq istifadə edilə bilər.

15, 30 və 50 ml suspenziya hazırlamaq üçün flakona müvafiq olaraq 10 , 20 və 35 ml və ya 2, 4, 7 çay qaşığı qaynadılmış və

soyudulmuş su əlavə etmək və bircinsli kütlə alınana qədər yaxşı çalxalamaq lazımdır.

Aşağı tənəffüs yollarının infeksiyaları , yuxarı tənəffüs yolların infeksiyaları , dərinin və yumşaq toxumaların infeksiyaları

zamanı 6 aylıqdan yuxarı uşaqlarda 10 mq/kq dozada gündə 1 dəfə 3 gün ərzində təyin edilir.Alternativ dozalanma rejimi : 1 –

ci gün gündə 1 dəfə 10 mq/kq , sonrakı 4 gündə gündə 1 dəfə 5 mq/mk istifadə edilir.

6 aylıqdan aşağı uşaqlarda azitromisinin istifadəsi barədə məlumat yoxdur.

6 – 2 yaş - gündə 1 dəfə 3 gün ərzində

3 – 8 yaş - gündə 1 dəfə 3 gün ərzində

9 – 12 yaş – gündə 1 dəfə 3 gün ərzində

13 – 15 yaş - gündə 1 dəfə 3 gün ərzində

16 – 17 yaş - gündə 1 dəfə 3 gün ərzində

Kütləsi 45 kq – dan artıq olan uşaqlara dozalanma rejimi böyüklərdə olduğu kimidir.

ƏLAVƏ TƏSİRLƏRİ :

Preparatın qəbulu zamanı ürəkbulanma , qusma , abdominal diskomfort , köp , diareya , başağrısı , başgicəllənmə , dəridə

səpgi kimi əlavə təsirlər baş verə bilər ki , bunlar da terapiya bitdikdən sonra keçib gedir.

DOZA HƏDDİNİN AŞILMASI :

Doza həddinin aşılması barədə məlumat yoxdur.

Makrolidlər üçün xarakterik olan doza həddinin aşılması simptomlarına eşitmənin  itməsi , ağır ürəkbulanma , qusma , diareya

aiddir.

Müalicəsi / Mədənin yuyulması , əsas dəstəkləyici tədbirlər.

Təsiredici maddə : 5 ml hazır suspenziyanın tərkibində 200 mq azitromisinə ekvivalent miqdarda azitromisin dihidrat vardır.

Köməkçi maddələr : sukroza , sorbitol , metakril turşusunun sopolimeri , natrium saxarinat , metilhidroksibenzoat , banan

ətirləyicisi , maqnezium stearat , susuz kolloidal silisium dioksid , natrium karmelloza.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.