ABİZOL 5 MG

ABİZOL 5 MG

36.84 AZN
Abizol 5 mq mavi rəngli, düzbucaq formalı, bir tərəfində <<5>> rəqəmi həkk olunmuş, digər tərəfi kəsikli tabletlər.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Abizol böyüklərdə, 15 yaş və 15 yaşdan yuxarı yeniyetmələrdə şizofreniyanın müalicəsi üçün təyin edilir.

Abizol bipolyar pozulmaları olan xəstələrdə orta və ağır dərəcəli maniakal epizodların müalicəsində və əvvəlcədən maniakal

olunan və aripiprazol ilə aparılmış müalicəyə cavab vermiş xəstələrdə yeni epizodların qarşısını almaq üçün təyin edilir.

ƏKS GÖSTƏRİŞLƏR :

Aktiv maddə olan aripiprazola və ya tabletin tərkibindəki hər hansı köməkçi maddəyə qarşı yüksək həssaslığı olan xəstələrə

əks göstərişdir.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamilə qadınlarda aripiprazol ilə müvafiq klinik təqdidatlar aparılmamışdır.

Anadangəlmə anomaliyalar qeydə alınsa da, bunun aripiprazol qəbulu səbəbindən olduğu müəyyən deyil.Heyvanlar üzərində

aparılan tədqiqatlar inkişaf üçün toksiklik potensialını istisna etmir.Xəstələr hamilə qalmaqları barədə və ya aripiprazolla

müalicə dövründə hamiləqalmaq niyyətindədilərsə, həkimə bildirməlidirlər.

Siçovullar üzərində aparılan tədqiqatlar zamanı, laktasiya dövründə aripiprazolun ana südünə ekskresiya olunduğu müşahidə

edilmişdir.İnsan südünə ekskersiya olunması haqda məlumat yoxdur.Xəstələrə aripiprazol qəbulu zamanı uşaqlarını ana südü

ilə qidalandırmaq məsləhət görülməlidir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Böyüklər :

Şizofreniya

Məsləhət görülən başlanğıc doza 10 və ya 15 mq/gün, sonradan 15 mq/gün dozası saxlanılmaqla, gündə 1 dəfə, qidadan asılı

olmayaraq.

Abizol 10 – 30 mq/gün doza həddinsı effektivdir.Gündəlik 15 mq-dan yüksək dozalarda effektivliyinin yüksəldiyi sübut edilməsə

də, bəzi xəstələrdə yüksək dozada effektiv ola bilər : Maksimum sutkalıq doza 30 mq – dan yüksək olmamalıdır.

ƏLAVƏ TƏSİRLƏRİ :

Plasebo – nəzarət olunan tədqiqatlarda ən çox rast gələn əlavə reaksiyalar narahatlıq və ürəkbulanma olmuşdur, hər ikisi

aripiprazol qəbul edən xəstələrin 3 %- dən çoxunda rast gəlmişdir.

DOZA HƏDDİNİN AŞILMASI :

Klinik tədqiqatlar və post – marketinq zamanı, təsadüfi və ya məqsədli olaraq aripiprazolun kəskin yüksək dozalanmasında

1260 mq – a qədər dozada ölüm halları müşahidə edilməmişdir.Tibbi əhəmiyyətli, letargiya, qan təzyiqinin yüksəlməsi

yuxululuq, taxikardiya, ürəkbulanma, qusma və diareya kimi simptom və əlamətlər müşahidə edilmişdir.

Təsiredici maddə : hər tabletin tərkibində 5 mq, 10 mq və ya 30 mq aripiprazol vardır.

Köməkçi maddələr : mannitol, poliplasdon XL 10, kollidon CL – F, PVP K – 30, maqnezium stearat, FD & C Bluse 2 ( İndiqokarmin

lak ), dəmir oksidi qırmızı.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.