RONOSİT

RONOSİT

20.90 AZN
Şəffaf, rəngsiz və ya qəhvəyi – sarımtıl rəngli bircinsli məhluldur.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

- işemik insultun kəskin dövrü

- işemik və hemorragik insultun bərpa dövrü

- kəllə - beyin travması, kəskin və bərpa dövrü

- baş beynin degenerativ və damar xəstəlikləri zamanı koqnivit pozulmaları

ƏKS GÖSTƏRİŞLƏR :

- preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq

- vaqotoniya

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik zamanıpreparatı, yalnız o zaman istifadə etmək olar ki, gözlənilən fayda dölə olan potensial riskdən üstün olsun.

Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanın dayandırılması məsələsini həll etmək

lazımdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Əzələdaxili və venadaxili yeridilmə üçün məhlul.

Tədrici venadaxili inyeksiya şəklində və ya venadaxili damcı üsulu ilə təyin edilir.

Əzələdaxili yeridilmə zamanı preparatın eyni nahiyəyə təkrar yeridilməsindən çəkinmək lazımdır.

ƏLAVƏ TƏSİRLƏR :

Mərkəzi sinir sistemində və periferik sinir sistemində baş verən pozğunluqlar : çox nadir hallarda – yuxusuzluq, başağrısı,

başgicəllənmə, oyanıqlıq, tremor, iflic olmuş ətraflarda keyləşmə.

Həzm sistemində baş verən pozğunluqlar : çox nadir hallarda – ürəkbulanma, iştahanın azalması

Digər : çox nadir hallarda – qızdırma, ayrı – ayrı hallarda, - qısamüddətli hipotenziv təsirlər, parasimpatik sinir sisteminin

stimulyasiyası.

DOZA HƏDDİNİN AŞILMASI :

Preparatın terapevtik dozası aşıldıqda belə, az toksikliyi ilə əlaqədar olaraq doza həddinin aşılması halları qeyd edilməmişdir.

Təsiredici maddə : 1 ampulda 500 mq və ya 1000 mq sitikolin vardır.

Köməkçi maddələr : natrium hidroksid və/ya xlorid turşusu, inyeksiya üçün su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.