KALAVİT

KALAVİT

23.50 AZN
200 ml sirop
GÖSTƏRİŞLƏRİ :

·  Raxitliyin müalicəsi və profilaktikası

   Uşaqlarda dişlərin çıxmasının ləngiməsi zamanı

·  Uşaqlarda kalsium defisiti əlamətləri

·  Dişlərin və sümük sisteminin düzgün inkişafı üçün

·  Sınıqlar və karieslər zamanı

·  Hormonal və qıcolma əleyhinə preparatların qəbulu zamanı

·  Kalsium və vitamin D
3 çatışmazlığının bərpası məqsədi ilə

·  Spazmofiliya

   Osteoporozun müalicəsində

ƏKS GÖSTƏRİŞLƏR :

Hiperkalsinemiya, hiperkalsiuriya, nefrolitiaz, vitamin D3 hiper – vitaminozu, preparatın tərkibindəki hər hansı komponentə

qarşı hiperhəssaslıq.

QƏBUL QAYDASI VƏ DOZALANMASI :

Cədvəldə göstərilən dozalara müvafiq gündə 1 – 2 dəfə yeməkdən dərhal sonra təyin edilir.Müalicə müddəti 1 – 3 aydır.

Yaş dövrü
Bir dəfəlik doza
  Maksimal sutkalıq doza
1yaşa qədər uşaqlar
  2.0 ml
  4 ml
1 – 3 yaş
  3.5 ml
  7.0 ml
3 – 5 yaş
  5.0 ml
  10 ml
5 – 8 yaş
  7.0 ml
  14 ml
8 – 12 yaş
  10.0 ml
  20 ml
12 yaşdan yuxarı
  15.0 ml
  30 ml

ƏLAVƏ TƏSİRLƏRİ :

Allergik reaksiyalar, mədə - bağırsaq traktının disfunksiyası, hiperkalsinemiya və hiperkalsiuriya.

DOZA HƏDDİNİN AŞILMASI :

Anoreksiya, susuzluq, poliuriya, iştahanın azalması, ürəkbulanma, hiperkalsinemiya, hiperkalsiuriya, hiperkreatinemiya.
Ca – sitrat  300 mq

D
3  10 mkq

Zn  6 mkq 

Fitin  100 mq 

Fosfor  40 mg   
   
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.