Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

NITROQLISERIN 0,5 MG

1.20 AZN

Dairəvi formalı, yuxarı və aşağı səthləri yastı, kənarları kəsik, ştrixlə, ağ və ya krem çalarlı rəngdə birqatlı tabletlərdir. Tabletin səthində mərmərliliyə yol verilir. Qırıldıqda lupa altında nisbətənh bircinsli quruluş görünür.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Stenokardiya ( stenokardiya tutmalarını aradan qaldırmaq və qısamüddətli profilaktika üçün ).

ƏKS GÖSTƏRİŞLƏR:

Nitratlara qarşı yüksək həssaslıq, şok, kollaps, arterial hipotenziya ( sistolik AT 100 mm c. Süt.-dan aşağı AT 60 mm c. Süt-dan aşağı ), sol mədəciyin aşağı dolma təzyiqi ilə kəskin miokard infraktı, hipertrofik obstruktiv kardiomiopatiya, yüksək kəllədaxili təzyiq, yüksək gözdaxili təzyiqlə bağlı bucaqlı qlakuoma, eyni bradikardiya, serebral işemiya, ürəyin tamponadası, hamiləlik.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Böyüklərdə istifadə olunur. Preparatı ilk dəfə təyin edərkən, onun arterial təzyiqə təsirini öyrənmək lazımdır. Nitroqliserinin istifadəsinin effektivliyinə nəzarəti ürək yığılmalarının tezliyinə və arterial təzyiqin səviyyəsinə əsasən həyata keçirmək lazımdır.

Stenokardiya tutmaları tez-tez baş verərsə, uzunmüddətli təsirə malik preparatlar qəbul etmək lazımdır.

ƏLAVƏ TƏSİRLƏRİ:

MSS-nə: qeyri-dəqiq görmə, başağrısı və zəiflik hissi, həyacanlılıq, psixotik reaksiyalar, tormozlanma, dezorientasiya.

Ürək-damar sisteminə: reflektor taxikardiya, dəri örtüklərinin hiperemiyası, istilik hissi, methemoqlobinemiya.

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomları: başağrısı, başgicəllənmə, bayılma, ürəkbulanma və qusma, təngənəfəslik, arterial hipotenziya.

Təsiredici maddə: 1 tabletin tərkibində 0,5 mq nitroqliserinə nəzərən laktoza üzərində 2% nitroqliserin vardır.

Köməkçi maadələr: laktoza monohidrat, povidon 25, mikrokristallik sellüloza, natrium kroskarmelloza, maqnezium stearat.