Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

MEGAFER 100 MG/2ML

6.12 AZN

Açıq – qəhvəyi rəngli şüşə ampullarda tünd qırmızı – qəhvəyi məhlul.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Tez və effektiv sürətdə orqanizmdəki dəmir itkisinin qarışısını almaq üçün müxtəlif mənşəli dəmir çatışmazlığı hallarının profilaktikası və müalicəsi həmçinin:

-          Peroral dəmir preparatlarının qəbulunun çətinliyi ilə əlaqədar olaraq;

-          Post hemorragiyalara gətirib çıxaran qanitirmənin müxtəlif növləri;

-          Dəmir çatışmazlığı anemiyanın ağır forması.


ƏKS GÖSTƏRİŞLƏR:

-          Orqanizmdə dəmir artıqlığı;

-          Preparatın komponentlərinə və dəmirə olan yüksək həssaslıq;

-          Hamiləliyin I trimestri;

-          4 aylığa qədər olan uşaqlar venadaxili istifadə.

 

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Maksimal sutkalıq dozalar:

-          5 kq-ya qədər uşaqlar – ¼ ampula ( 0,5 ml=25 mq dəmir );

-          5 kq-dan 10 kq-ya qədər olan uşaqlar – ½ ampula ( 1 ml=50 mq dəmir );

-          Böyüklər – 2 ampula ( 0,5 ml=200 mq dəmir ).

 

ƏKS TƏSİRLƏRİ:

-          Nadir hallarda: övrə, dəri səpgilər, mialgiya;

-          Çox nadir hallarda: anafilaktik reaksiyalar;

-          Yerli infeksiyalar: dərinin göyərməsi, ağırlıq.


DOZA HƏDDİNİN AŞILMASI:

Dozadan artıq sorulma kəskin ağırlaşma və hemosideroz verə bilər. Dəmirlə zəhərlənmə zamanı desferroksamin və ya etilendiamin tetrasirkə turşusunun kasium dinatrium duzu təyin olunur. Desferroksamin teratogen xüsusiyyətlərə malikdir.

Təsiredici maddələr: 1 ampulda ( 2 ml ) 100 mq elementar dəmirə kvivalent miqdarda Dəmir III hidroksid polimaltoz kompleksi vardır.

Köməkçi maddələr: inyeksiya üçün su.