DOREPAM

DOREPAM

9.24 AZN
Oval, ağ rəngli, bir tərəfində bölmə xətti olan örtüklü tabletlərdir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Böyük depressiv epizodlar.

Aqorafobiya ilə və ya aqorafobiyasız panik pozğunluq.

Sosial həyəcan pozğunluqları

Generalizəolunmuş həyəcan pozğunluğu

Obsessiv – kompulsiv pozğunluqlar.

ƏKS GÖSTƏRİŞLƏR :

Essitaloprama və ya preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.

Serotonin sindromunun yaranma ehtimalı nəzərə alınaraq monoaminoksidazanın qeyri – selektiv dönməyən inhibitorları ilə

eyni zamanda istifadəsi əks göstərişdir.

Serotonin sindromunun yaranma ehtimalı olduğundan moklobemid kimi MAO – A dönən inhibitorları və ya linezolid kimi MAO

qeyri – selektiv dönən inhibitoru ilə eyni zamanda istifadəsi əkd göstərişdir.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Müalicəyə ehtiyac olmadan və hamiləlik dövründə dölə yetirdiyi potensial risk/ana üçün ehtimal olunan fayda nisbəti diqqətlə

qiymətləndirilmədən preparat istifadə olunmamalıdır.

Hamiləliyin son dövründə Dorepam preparatının istifadəsi davam edərsə, yenidoğulmuş müşahidə altında olmalıdır.Hamiləlik

dövründə preparatın birdən dayandırılmasına yol verilməməlidir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Dorepam gündə tək dozada qida qəbulundan asılı olmayaraq tətbiq olunur.

20 mq – dan çox olan gündəlik dozalarda istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir.

ƏLAVƏ TƏSİRLƏRİ :

Əlavə təsirlər adətən müalicənin 1 və ya 2 həftəsində yaranır və müalicə davam etdikdə onların ağırlıq dərəcəsi və sıxlığı

azalır.

Serotonin geriyə tutulmasının selektiv inhibitorların istifadəsinə dair və ayrıca – plasebo nəzarəti klinik tədqiqatlarda və

essitalopram ilə müalicə ərzində qeyd olunan və ya spontan olaraq postmarketinq tədqiqatında bildirilən əlavə reaksiyalar

orqan sistemlərinə və rastgəlmə tezliyinə görə aşağıda göstərilmişdir.

DOZA HƏDDİNİN AŞILMASI :

Simpromplar

Essitalopramın doza həddinin aşlması zamanı müşahidə olunan simptomlar əsasən məzrkəzi sinir sistemi, gastrointestinal

sistemi, ürək – damar sistemi və su/elektrolit balansı ilə bağlıdır.

Müalicəsi

Spesifik antidot mövcud deyil.Tənəffüs yollarının keçiriciliyi və xəstənin uyğun oksigenasiya təmin edilməlidir.Daxilə

qəbulundan sonra mümkün qədər ən qısa müddətdə mədənin yuyulması aparılmalı və aktivləşdirilmiş kömürdən istifadə

edilməlidir.

RESEPT ƏSASINDA BURAXILIR!
 
Təsiredici maddə : 1 tabletin tərkibində 10 mq və ya 20 mq essitalopram  vardır.

Köməkçi maddələr : mikrokristallik sellüloza, talk, silisium dioksid, natrium kroskarmelloza, maqnezium stearat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.