NEYROTEKS

NEYROTEKS

13.08 AZN
Rəngsiz və ya sarımtıl şəffaf mayedir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

- beyin qan dövranının kəskin pozğunlqları

- kəllə - beyin travması, kəllə - beyin travmasının fəsadları

- dissirkulyator ensefalopatiya

- vegetativ distoniya sindromu

- aterosklerotik mənşəli yüngül koqnivit pozğunluqlar

- nevroz və nevrozabənzər vəziyyətlərdə həyəcan halları

- kəskin miokard infarktı zamanı kompl eks terapiyanın tərkibində

- antipsixotik dərmanlarla kəskin intoksikasiya

ƏKS GÖSTƏRİŞLƏR :

Aşağıdakı hallarda preparatı təyin etmək olmaz :

- preparatın komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq olduqda

- kəskin böyrək çatışmazlığı zamanı

- kəskin qaraciyər çatışmazlığı zamanı

- hamiləlik dövründə

- laktasiya dövründə

- uşaqlarda

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Əzələdaxili və ya venadaxili

İnfuziya şəklində yeridildikdə preparat 0.9 % - li natrium xlorid məhlulunda həll edilməlidir.

Şırnaq üsulu ilə yeridildikdə Neyroteks yavaş – yavaş, 5 – 7 dəqiqə ərzində yeridilir, damcı üsulu ilə yeridildikdə isə - dəqiqədə

40 – 60 damcı sürəti ilə yeridilir.

Sutkalıq maksimal doza 1200 mq – dan çox olmamalıdır.

Beyin qan dövranının kəskin pozğunluqları zamanı Neyroteks kompleks müalicənin tərkibində ilk 10 – 14 gün ərzində

venadaxili damcı üsulu ilə, gündə 2 – 4 dəfə 200 – 500 mq, daha sonra 2 həftə ərzində gündə 2 – 3 dəfə 200 – 250 mq dozada

əzələdaxili yeridilməlidir.

Kəllə - beyin travması və kəllə - beyin travmasının fəsadlarında Neyroteks 10 – 15 gün ərzində gündə 2 – 4 dəfə 200 – 500 mq

dozada venadaxili damcı üsulu ilə yeridilir.

ƏLAVƏ TƏSİRLƏRİ :

Parenteral yeridilmə zamanı : ağızda quruluq, metal dadı, bədəndə istilik yayılması hissi, boğazda gicişmə hissi və döş

qəfəsində diskomfort , hava çatışmazlığı hissi.

Uzunmüddətli tətbiqi hallarında – ürəkbulanma, meteorizm, yuxu pozğunluqları.

Allergik reaksiyalar.

DOZA HƏDDİNİN AŞILMASI :

Simptomlar : yuxu pozğunluqları, vebadaxili yeridilmə zamanı arterial təzyiqin qısamüddətli və nəzərə çarpmayacaq dərəcədə

qalxması.

Müalicə : bir qayda olaraq tələb olunmur – simptomlar gün ərzində öz – özünə itir.Yuxusuzluğun ağız vəziyyətlərində -

nitrazepam 10 mq, oksazepam 10 mq 
 və ya diazepam 5 mq qəbul edilməlidir.Arterial təzyiqin həddən artıq yüksəlməsi

zamanı, 
arterial təzyiq nəzarətdə saxlanmaqla hipotenziv vasitələr qəbul edilə bilər.
Təsiredici maddə : 2 ml – lik 1 ampulda 100 mq, 5 ml – lik 1 ampulda 250 mq etilmetilhidroksipridinsuksinat vardır.

Köməkçi maddələr : natrium disulfit, inyeksiya üçün su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.