PREDİZİN 35 MG

PREDİZİN 35 MG

11.86 AZN
Çəhrayı, yumru, ikitərəfli qabarıq, yazısız örtüklü tabletlər.

Diametri: 8 mm-ə yaxındır.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Kardiologiya:

Trimetazidin böyüklərdə tutmaları adekvat nəzarət oluna bilməyən və ya birinci xətt antianginal terapiya preparatlarının

orqanizm tərəfindən mənimsənilməməsi zamanı stabil stenokardiyası olan xəstələrin profilaktikası və simptomatik müalicəsi

üçün əlavə terapiya kimi istifadə olunur.


ƏKS GÖSTƏRİŞLƏR:

-  Preparatın hər-hansı komponentinə qarşı yüksək həssaslıq;

-  Hamiləlik;

-  Laktasiya dövrü;

-  18 yaşa qədər ( effektivliyi və təhlükəsizliyi müəyyən olunmayıb ) yaş dövrü;

-  Parkinson xəstəliyi, parkinsonizm əlamətləri, tremor, narahat ayaqlar sindromu və digər oxşar hərəkət pozulmaları;

-  Ağır böyrək çatışmazlığı ( kreatinin klinersi 30 ml/dəq ).


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Böyüklər: gündə 2 dəfə - səhər və axşam yemək zamanı bir tablet ( 35 mq ) daxilə qəbul edilir.

Yaşlı xəstələrdə istifadəsi: yaşlı xəstələrdə böyrəklərin funksiyasının yaşla əlaqədar zəifləməsi ilə trimetazidin daha yavaş-

yavaş xaric olunur. Orta böyrək çatışmamazlığı olan xəstələrdə ( kreatinin klinersi 30-60 ml/dəq ) tövsiyə olunan doza səhər

yeməyi zamanı 1 tablet ( 35 mq ) təşkil edir.

Yaşlı xəstələrdə dozanın titrlənməsi xüsusi ehtiyatlılıqla həyata keçirilməlidir.

Uşaqlarda istifadəsi: 18 yaşa qədər uşaqlarda trimetazidinin təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb. Etibarlı

məlumatlar yoxdur.


ƏLAVƏ TƏSİRLƏRİ:

Orqanları sistemi sinfi
tezliyi
Aparıcı simptomları
Qan və limfa sistemində baş verən pozğunluqlar
Tezliyi məlum deyil
Aqranulositoz
Trombositopeniya
Trombositopenik purpura
Psixi pozğunluqlar
Tezliyi məlum deyil
Yuxunun pozulması
Yuxusuzluq
Yuxululuq
Sinir sistemində baş verən pozğunluqlar
Tez-tez
Başhərlənmə, başağrısı
Tezliyi məlum deyil
Parkinsonizm əlamətləri ( tremor, akineziya, əzələlərin rigidliyi ),
Yerişin pozulması,
Narahatayaqlar sindromu,
Digər oxşar hərəki pozulmalar,
Adətən preparatın qəbulu dayandırılıqdan sonra geri dönən xarakter daşıyır.

Ürəkdə baş verən pozğunluqlar
Nadir
Ürəkdöyüntünün tezləşməsi,
Ekstrasistolalar,
Taxikardiya
Damarlarda baş verən pozğunluqlar
Nadir
Arterial hipotenziya,
Ortostatik hipotenziya ilə əlaqədar zəiflik,
Başhərlənmə və yıxılmalar ola bilər,
Qandolma
Mədə-bağırsaq traktında baş verən pozğunluqlar
Tez-tez
Qarında ağrılar, diareya, həzmin pozulması, ürəkbulanma, qusma
Tezliyi məlum deyil
Qəbizlik
Qaraciyər və ödqovucu yollarda baş verən pozğunluqlar
Tezliyi məlum deyil
Hepatit
Dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar
Tez-tez
Dəri səpgisi, dəri qaşınması, övrə
Tezliyi məlum deyil
Kəskin generalizəolunmuş suluqlar ( AGEP )
Kvinke ödemi
Ümumi pozğunluqlar
Tez-tez
Yorğunluq


DOZA HƏDDİNİN AŞILMASI:

Preparatın mümkün olan doza həddinin aşılması barədə məlumatlar məhduddur. Müalicə simptomatik olmalıdır.

Təsiredici maddə: hər tabletin tərkibində 35 mq trimetazidin dihidroxlorid vardır.

Köməkçi maddələr: mikrokristallik sellüloza, prejelatinləşdirilmiş nişasta, hipromelloza, susuz kolloidal silisium dioksid,

maqnezium-stearat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.