MEQASEF 750 MQ

MEQASEF 750 MQ

3.78 AZN
İnyeksiya məhlulu hazırlamaq üçün toz həll edildikdən sonra şəffaf, sarı rəngdə məhlul alınır.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Meqasef böyüklərdə və uşaqlarda müəyyən mikroorqanizmlərin həssas növlərinin törətdiyi infeksion xəstəliklərin müalicəsində

və ya mikroorqanizmlər identifikasiya edilməzdən əvvəl aşağıdakı xəstəliklərin müalicəsində istifadə edilir.

·  Tənəffüs yollarının infeksiyaları, məsələn, kəskin və xroniki bronxit, infeksiyalaşmış bronxoektaziya, bakterial pnevmoniya,

ağciyərlərin abssesi, aşağı tənəffüs yollarının əməliyyatdan sonrakı infeksiyaları

·  Qulaq, burun və boğaz infeksiyaları, məsələn, sinusit, tonzillit və faringit

·  Sidik – cinsiyyəy sisteminin infeksiyaları, məsələn kəskin və xroniki pielonefrit, sistit, asimptomatik bakteriuriya.

·  Yumaq toxuma infeksiyaları, məsələn, sellülit, qızıl yel, peritonit və yara infeksiyaları

·  Sümük – oynaq sisteminin infeksiyaları, məsələn osteomielit və septik artrit

   Uşaqlıq və ginekoloji infeksiyalar, çanaq orqanlarının iltihabı xəstəlikəri

·  Süzənək, xüsusilə penisillin istifadəsi məqsədəuyğun olmadıqda

·  Digər infeksiyalar, septisemiya və meningit daxil olmaqla

ƏKS GÖSTƏRİŞLƏR :

Sefuroksim və ya hər hansı sefalosporinlərə qarşı allergiyası olan xəstələrə təyini əks göstərişdir.

Pensillinə və hər hansı beta – laktam antibiotiklərinə qarşı birbaşa və ya ağır yüksək həssaslıq reaksiyası olan xəstələrə əks

göstərişdir.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Sefuroksim natriumun hamiləlik zamanı istifadəsi ilə bağlı kifayət qədər məlumatlar yoxdur.Heyvanlar üzərində aparılan

tədqiqatlar hələ ki, zərərlərini sübut etməmişdir.Sefuroksim plasentanı keçir.Həkim tərəfindən vacib olduğu hesab edilmədikcə

Meqasef hamiləlik zamanı istifadə edilməməlidir.

Sefuroksim çox az miqdarda ana südünə keçir.Laktasiya dövrndə sefuroksim istifadəsindən qaçmaq lazımdır.


İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Əzələdaxili :Meqasef 750 mq flakona ən azı 3 ml inyeksiya üçün su istifadə olunur.

Venadaxili : Meqasef 750 mq flakonuna ən azı 6 ml inyeksiya üçün su istifadə olunur.

Venadaxili infuziya şəklində  30 dəqiqə müddətində və ya xəstəyə köçürülən digər parenteral məhlula əlavə edilərək venadaxili

yeridilir.

ƏLAVƏ TƏSİRLƏRİ :

Əlavə arzuolunmaz təsirləri çox nadirdir və adətən yüngül və tez keçib gedəndir.

Aşağıdakı əlavə reaksiyaların baş vermə tezliyi hesablanmışdır, lakin, bir çox əlavə reaksiyaları hesablamaq üçün müvafiq

göstəricilər məlum deyil.Əlavə olaraq, sefuroksim natrium ilə əlaqəli əlvə reaksiyaların baş verməsi təyinatına görə fərqlənə

bilər.

DOZA HƏDDİNİN AŞILMASI :

Dozanın həddinin aşılması zamanı oyanıqlığın artması və qıcolmalar müşahidə oluna bilər.Sefuroksim orqanizmdən peritoneal

dializ və ya hemodializ vasitəsilə kənarlaşdırıla bilər.

Təsiredici maddə : 1 flakonda 750 mq sefuroksimə və 42 mq natriuma ekvivalent olaraq sefuroksim – natrium anhidrat

vardır.Flakonun möhtəviyyatı həlledici ilə qarışdırıldıqdan sonra yaranmış məhlulun həcmi 0.53 ml azalır.

Köməkçi maddə : İnyeksiya üçün su.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.