Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

EPINEXX 100 ML

28.08 AZN RESEPTLƏ SATILIR

Şəffaf mayedir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Udma çətinliyi olan böyüklərdə və uşaqlarda aşağıdakı hallarda istifadə olunur:

-          Böyüklərdə və 1 yaşdan böyük uşaqlarda ikinci geniralizəolunmur və ya qıcolmaların müalicəsi zamanı əlavə müalicə kimi;

-          Böyüklərdə mioklonik qıcolmaların müalicəsi zamanı və 12 yaşdan böyük yeniyetmələrdə mioklonik epilepsiyanın müalicəsi zamanı əlavə müalicə kimi;

-          12 yaşdan böyük yeniyetmələrdə idiopatik genirəlizəolunmuş epilepsiyanın müalicəsi zamanı əlavə müalicəsi kimi;

-          16 yaşdan yuxarı pasiyentlərdə genirazəolunmuş və olunmamış parsial qıcolma tutmaların müalicəsində.

 

ƏKS GÖSTƏRİŞLƏR:

Levetirasetama, digər pirrolidon törəmələrinə və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq.

 

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

6 aylıqdan yuxarı körpələr, uşaqlar və yeniyetmələr üçün tövsiyə olunan doza:

BƏDƏN KÜTLƏSİ

BAŞLANĞIC DOZA

GÜNDƏ İKİ DƏFƏ 10 MKQ/KQ

MAKSİMAL DOZA

GÜNDƏ İKİ DƏFƏ 30 MQ/KQ

6 kq

Gündə 2 dəfə 60 mq/kq ( 0,6 mq )

Gündə 2 dəfə 180 mq/kq

10 kq

Gündə 2 dəfə 100 mq/kq ( 1 ml )

Gündə 2 dəfə 300 mq/kq ( 3 ml )

15 kq

Gündə 2 dəfə 150 mq/kq ( 1 ml )

Gündə 2 dəfə 450 mq/kq ( 4,5 ml )

20 kq

Gündə 2 dəfə 200 mq/kq ( 2 ml )

Gündə 2 dəfə 600 mq/kq (6 ml )

25 kq

Gündə 2 dəfə250 mq/kq (2,5 ml )

Gündə 2 dəfə 750 mq/kq ( 7,5 ml )

50 kq-dan yuxarı

Gündə 2 dəfə 500 mq/kq ( 2,5 ml )

Gündə 2 dəfə 1500 mq/kq (7,5 ml)

 

 

 

 

1aylıqdan 6 aylığa qədər körpələr üçün tövsiyə olunan doza:

BƏDƏN KÜTLƏSİ

BAŞLANĞIC DOZA GÜNDƏ İKİ DƏFƏ 7 MQ/KQ

MAKSİMAL DOZA GÜNDƏ İKİ DƏFƏ 21 MQ/KQ

4 kq

Gündə 2 dəfə 28 mq/kq ( o,3 ml )

Gündə 2 dəfə 84 mq/kq ( 0,85 ml )

5 kq

Gündə 2 dəfə 35 mq/kq ( 0,35 ml )

Gündə 2 dəfə 105 mq/kq (1,05 ml)

7 kq

Gündə 2 dəfə 49 mq/kq ( 0,5 ml )

Gündə 2 dəfə 147 mq/kq ( 1,5 ml )

 

Böyrək disfunksiyası olan və bədən kütləsi 50 kq-dan artıq böyük pasiyentlər üçün tövsiyə olunan doza:

Qrup

KREATİNİN KLİNERSİ (ML/DƏQ/173 M2)

DOZA VƏ DOZANIN İSTİFADƏ TEZLİYİ

Normal

+80

Gündə 2 dəfə 500-1500 mq

Mülayim

50-79

Gündə 2 dəfə 500-1500 mq

Orta

30-49

Gündə 2 dəfə 250-750 mq

Ağır

-30

Gündə 2 dəfə 250-500mq

Böyrək çatışmamazlığın son mərhələsində və dializdə olan pasiyentlər üçün

-

Gündə 1 dəfə 500-1000 mq

 

 

ƏLAVƏ TƏSİRLƏRİ:

Qan və limfa sistemində baş verən pozğunluqlar:

Bəzən: trombositopeniya, leykopeniya.

Nadir: neytropeniya, pansitopeniya, aqranulositoz.

İmmun sistemində baş verən pozğunluqlar:

Nadir: eozinofiliya və sistem simptomlarla dərman qarşılıqlı təsiri.

Metabolizmdə və qidalanmada baş verən pozğunluqlar:

Tez-tez: anoreksiya.

Bəzən: bədən kütləsinin artması, bədən kütləsinin azalması.

Nadir: hiponatriemiya.

Psiatrik pozğunluqlar:

Tez-tez: depressiya, davranış, aqressiya, narahatlıq, yuxusuzluq.

 

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomlar: EPİNEKS ilə doza həddinin aşılması zamanı yuxululuq, oyanıqlıq, aqressiya, şüurun dumanlanması, tənəffüsün depressiyası və koma barədə məlumat verilmişdir.

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 100 mq levetirasetam vardır.

Köməkçi maddələr: natrium metil-hidroksibenzoat, natrium propil-hidroksibenzoat, natrium siklamat, natrium sitrat dihidrat, maltitol məhlulu, qliserin, asesulfam kalium, ammonium qlisirrizat, limon tuşusu monohidrat, Tutti-Frutti meyvə qarışığı aromatı, təmizlənmiş su.