TERAFLEKS N 30

TERAFLEKS N 30

21.06 AZN
Şəffaf bərk jelatin N 00 ölçüsündə bir qədər rəngli və ya sarı kristal dənəcikli tozla doldurulmuş kapsullar.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Onurğa sütununun və oynaqların degenerativ – distrofik xəstəlikləri, ı – ııı dərəcəli osteoartroz, osteoxondroz.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Daxilə.Böyüklərdə və 15 yaşından yuxarı uşaqlarda ilk üç həftə ərzində 1 kapsul sutkada 3 dəfə : sonrakı günlər – 1 kapsul

sutkada 2 dəfə, qida qəbulundan asılı olmayaraq və az miqdar su ilə daxilə qəbul etməli.

Müalicə kursunun məsləhət görülən müddəti 3 – 6 ay təşkil edir.Lazım gəldikdə təkrar kursların keçirilməsi mümkündür və

onların müddəti fərdi şəkilddə müəyyənləşdirilir.

ƏKS GÖSTƏRİŞLƏRİ :

15 yaşına qədər uşaqlar, preparatın hər hansı bir komponentinə qarşı yüksək fərdi həssaslıq, fenilketonuriya, hamiləlik,

laktasiya dövrü, ağır xroniki böyrək çatışmazlığı.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Əgər siz hamiləsiniz və ya hamilə olmanıza şüphəniz varsa və ya hamiləliyi planlaşdırırsınızsa, bu haqda həkimə xəbər verin.

Hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi və effektivliyi öyrənilmədiyindən dərman preparatının həmin periodda

istifadəsi qadağandır.

ƏLAVƏ TƏSİRLƏRİ :

Mədə  bağırsaq sistemi tərəfindən : nadir hallarda dispepsiya yaranır, yüngül ürəkbulanma, epiqastral nahiyədə ağrı, diareya,

qəbz, bağırsağın köpməsi.

İmmun sistemi tərəfindən : nadir hallarda – allergik reaksiyalar, dəridə səpki və hiperemiya daxil olmaqla, qaşınma, övrə,

angionevrotik ödem.

Dəri və onun strukturları tərəfindən : saçların tökülməsi.

DOZA HƏDDİNİN AŞILMASI :

Doza həddinin aşılması halları qeydə alınmamışdır.

Doza aşıldıqda mədənin yuyulması və simptomatik müalicənin aparılması tövsiyə olunur.


 
Təsiredici maddələr : qlükozamin hidroxlorid 500 mg : xondroitin sulfat 400 mg.

Kğməkçi maddələr : jelatin, stearin turşusu, maqnezium stearat, manqan sulfat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.