PANTOVİGAR N 90

PANTOVİGAR N 90

51.66 AZN
Bərk jelatin kapsulları :

Kapsulun qapaqcığı – tünd yaşıl rəngdə, gövdəsi – aşıq bej rəngində.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Tüklərin qeyri – hormonal mənşəli diffuz tökülməsi.

Tük strukturunun degenerativ dəyişməsi.

Dırnaq strukturunun pozulması.

ƏKS GÖSTƏRİŞLƏR :

Preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq, hamiləliyin birinci yarısı, laktasiya dövrü, uşaqlar.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Böyüklər : gündə 3 dəfə 1 kapsul, yemək vaxtı, çeynəmədən bir qədər su ilə daxil qəbul edilir.

Müalicənin orta davametmə müddəti 3 – 6 ay təşkil edir.Ehtiyac yarandıqda müalicə davam edilə və ya təkrar oluna bilər.

ƏLAVƏ TƏSİRLƏRİ :

Allergik reaksiyalar – qaşınma və övrə şəklində dəri reaksiyaları : yüksək tərləmə, nəbzin atması.

Mədə - bağırsaq traktına : ürəkbulanma, qusma, qıcqırma, meteorizm, qarın nahiyəsində ağrı.

Nadir hallarda başgicəllənmə, başağrısı, örəkdöyünmə və eritema mümkündür.

 
Təsiredici maddələr : 1 kapsulda 100 mq tibbi mayalar, 60 mq tiamin mononitrat, 60 mq kalsium pantotenat, 20 mq L – Sistin, 20

mq para – aminobenzoy turşusu, 20 mq keratin vardır.

Köməkçi maddələr : mikrokristallik sellüloza, talk, maqnezium stearat, povidon, kolloidal silisium 4 – oksid.

Kapsulun pərdəsi : jelatin, təmizlənmiş su, titan 4 – oksid, sarı dəmir oksidi boya maddəsi, indiqokarmin.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.