DEPLORAM S 20 mg

DEPLORAM S 20 mg

25.62 AZN
Oval, ağ rəngli, üzərində bölmə xətti olan örtüklü tabletlər.Tabletlərin iki bərabər hissəyə bölmək olar.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Preparat aşağıdakı xəstəliklərin müalicəsi üçün istifadə olunur :

Böyük depressiv epizodlar

Aqorafobiya ilə və ya onsuz panik pozğunluqlar

Sosial həyəcan pozğunluğu, generalizəolunmuş həyəcan pozğunluğu, obsessiv – kompulsiv pozğunluq.


ƏKS GÖSTƏRİŞLƏR :

Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.

Monoaminooksidazanın qeyri – selektiv dönməz inhibitorları ilə yanaşı müalicə əks göstərişdir, belə ki, bu zaman həyəcan,

tremor, hipertemiya və s. ilə serotonin sindromu baş verə bilər.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamiləlik kateqoriyası C – dir.

Doğuş potensialı olan qadınlar/kontrasepsiya

Hamiləlik dövründə essitalopramın istifadəsinə dair yalnız məhdud məlumatlar vardır.

Hamiləlik

Deploram – S hamiləlik dövründə yalnız onun istifadəsi üçün aşkar zərurətolduğu hallarda və yalnız fayda/risk nibətinin  ciddi

qiymətləndirilməsindən sonra istifadə edilə bilər.Digər hallarda onun hamiləlik dövründə istifadəsi tövsiyə olunur.

Deploram – S ilə müalicəni davam etdirən yenidoğulmuşları müşahidə altında saxlamaq lazımdır.Hamiləlik dövründə

müalicənin kəskin şəkildə dayandırılmasından qaçmaq lazımdır.

Laktasiya

Essitalopram ana südünə nüfuz etməsi gözləniləndir.

Müalicə dövründə uşağın ana südü ilə qidalandırılması tövsiyə olunmur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Deploram – S birdəfəlik gündəlik doza şəklində istifadə edilir və həm qida ilə, həm də onsuz qəbul edilə bilər.

20 mq – dan yüksək gündəlik dozanın təhlükəsizliyi sübut edilməmişdir.

Böyük depressiv epizodlar

Adi doza gündə bir dəfə 10 mq – dır.Pasiyentin müalicəyə fərdi cavabından asılı olaraq doza 20 mq maksimal gündəlik dozaya

qədər artırıla bilər.

Antidepressant cavab almaq üçün adətən 2 – 4 həftə lazım gəlir.Simptomların aradan qalxmasından sonra cavab reaksiyasını

möhkəmlətmək üçün müalicəni ən azı 6 ay davam etdirmək tələb olunur.

ƏLAVƏ TƏSİRLƏRİ :

Əlavə təsirlər ən çox müalicənin birinci və ikinci həftəsində baş vermiş və adətən müalicə davam etdirildiyi zaman onların

intensivliyi və başvermə tezliyi azalmışdır.

Təsiredici maddə : 1 tabletin tərkibində 20 mq essitalopram vardır.

Köməkçi maddələr : kroskarmelloza natrium, mikrokristallik sellüloza, kolloidal silisium dioksid, talk, maqnezium – stearat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.