NOVORNİD 500 mg

NOVORNİD 500 mg

8.54 AZN
Armudabənzər, hər iki tərəfi azacıq qabarıq vaginal tabletlərdir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

- qadınlarda sidik – cinsiyyət sisteminin trixomonad infeksiyası : vulvovaginit, vaginit, uretit, bartolinit, servisit

- Gardnerella vaginalis – in törətdiyi bakterial vaginit

ƏKS GÖSTƏRİŞLƏR :

Preparatın komponentlərindən hər hansı birinə və ya digər nitroimidazol törəmələrinə qarşı yüksək həssaslıq.

Mərkəzi sinir sisteminin funksional pozğunluqları.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

- aparılmış tədqiqatlar zamanı preparatın teratogen və embriotoksik təsirlərinin aşkar edilməməsinə baxmayaraq, hamiləliyin ilk

trimestrində preparatın istifadəsinə yalnız həddən artıq zərurət yarandıqda yol verilir.

- preparatın ana südünə nüfuz etmə ehtimalı ilə əlaqədar olaraq, uşaq əmizdirən qadınlar preparatı ehtiyatla istifadə

etməlidirlər

- novornid vaginal tabletləri peroral qıbul olunmur

- qan  damar sistemində patologiya anamnezli xəstələrdə leykositlərə nəzarət edilməsi

İSTİFADƏ QAYDASI VƏ DOZASI

Əgər həkimin xüsusi göstərişləri yoxdursa, onda trixomoniaz zamanı preparat aşağıdakı qaydada qəbul olunmalıdır :

  Müalicə kursu ( 250 mq – lıq peroral tabletlərlə birlikdə istifadə olunur)

Müalicə kursunun müddəti
  I üsul
  II üsul
Birdozalı müalicə
  6 tablet peroral
  4 tablet peroral+
  1 tablet vaginal
5 günlük müalicə kursu
Səhər 2 tablet peroral
Axşam 2 tablet peroral
Yatmazdan əvvəl 1 tablet vaginal
Səhə 2 tablet peroral
Axşam 2 tablet peroral

ƏLAVƏ TƏSİRLƏRİ :

Preparata dözümlülük, adətən, yaxşıdır.Nadir hallarda başağrısı, başgicəllənmə və mədə - bağırsaq traktında narahatlıq

müşahidə oluna bilər.

Çox nadır hallarda sensor və/və ya motor periferik neyropatiyası, tremor, hərəkətlərin koordinasiyasının pozulması, şüurun

dumanlanması və dəri reaksiyaları müşahidə oluna bilər.

DOZA HƏDDİNİN AŞILMASI :

Preparatın səhvən və ya qəsdən artıq dozada qəbulu zamanı “ Əlavə təsirlər “ bölməsində göstərilmiş əlavə reaksiyalar daha

kəskin formada meydana çıxa bilər.

Təsiredici maddə : 1 vaginal tabletin tərkibində 500 mq ornidazol vardır.

Köməkçi maddələr : kalsium – fosfat, laktoza, susuz limon turşusu, polivinil pirrolidon, kartof nişastası.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.