ULTROKS 40 MQ

ULTROKS 40 MQ

27.72 AZN
Çəhrayi rəngli, dəyirmi formalı örtüklü tabletlərdir.
 
GÖSTƏRİŞLƏR :

Hiperxolesterinemiyanın müalicəsi:

Böyüklərdə, yeniyetmələrdə, 10 yaş və 10 yaşdan yuxarı uşaqlarda ilkin hiperxolesterinemiyanın və qarışıq dislipidemiyanın

müalicəində pəhriz və digər qeyri-farmokoloji müalicə qənaətbəxş deyilsə, pəhrizə əlavə kimi təyin edilir.

İrsi homoziqot hiperxolesterinemiyanın müalicəsində pəhrizə və digər lipid azaldıcı müalicələrə əlavə kimi və ya belə müalicələr

xəstəyə müvafiq deyilsə təyin edilir.

Ürək-damar xəstəliklərindən müdafiə:

İlkin ürək-damar problemləri üçün yüksək risk faktorlarına malik xəstəliklərdə risk faktorlarının korreksiyası üçün.

ƏKS GÖSTƏRİŞLƏR :

Rozuvastatinə və tərkibindəki hər hansı köməkçi maddəyə qarşı yüksək həssaslıq.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Müalicəyə başlamazdan əvvəl xəstə xolesterin azaladan pəhrizə başlamalı və müalicə müddətində də pəhrizə davam etməlidir.

Dozalanma müalicənin məqsədindən və xəstənin müalicəyə cavabından asılı olaraq fərdi seçilməlidir.

ƏLAVƏ TƏSİRLƏRİ :

Rozuvastatinlə baş verən əlavə reaksiyalar adətən zəif və keçib gedəndir.Klinik tədqiqatlar zamanı rozuvastatin müalicəsi alan

xəstələrin 4 % - dən az hissəsi əlavə təsirlərlə bağlı müalicəni dayandırmışdır.

DOZA HƏDDİNİN AŞILMASI :

Yüksək dozalanma zamanı xüsusi müalicəsi yoxdur.Belə hal baş verdikdə xəstələrə simptomatik müalicə tətbiq edilir və tələb

olunan müdafiətədbirləri həyata keçirilir.Qaraciyər funksiyası və KK səviyyəsi yoxlanılmalıdır.Hemodializin fayda verə biləcəyi

güman edilmir.



 
Təsiredici maddə: hər 40 mq-lıq örtükülü ULTROKS tabletinin tərkibində 40 mq  rozuvastatinə müvafiq rozuvastatin kalsium

vardır.

Köməkçi maddə: laktoza monohidrat, kalsium-karbonat, mikrokristallik sellüloza, krospovidon Kollidon CL, hidroksipropil

sellüloza, maqnezium stearat.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.