Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

PIRALGIN NEO

8.84 AZN

Sarı, yaxud krem çalarlı ağ rəngdən sarı və ya krem çalarlı ağ rəngə qədər tabletlərdir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Piralgin Neo müxtəlif mənşəli zəif ağrılarda istifadə olunur. Xüsusilə oynaq, əzələ ağrıları, radikulit, aybaşı ağrıları, nevraıgiyalarda, eləcə də baş və diş ağrılarında effektivdir.

Piralgin Neo müxtəlif etiologiyalı qızdırmalı hallarda qızdırmanı aşağı salan vasitə kimi, soyuqdəymə, ağrı sindromu və iltihab əlamətləri ilə müşayiət olunan xəstəliklər zamanı istifadə edilə bilər.


ƏKS GÖSTƏRİŞLƏR:

- Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;

- Qaraciyər və böyrəklərin funksiyasının aydın ifadə olunmuş şəkildə pozulması;

- Kəskinləşmə mərhələsində mədə və 12-barmaq bağırsağın xora xəstəliyi;

- Tənəffüsün çətinləşməsi ilə müşayiət olunan vəziyyət, bronxospazm;

- Qan xəstəlikləri;

- Yüksək kəllədaxili təzyiq, kələ-beyin travması;

- Kəskin miokard-infraktı, ürək ritminin pozulması, yüksək arterial təzyiq;

- Alkoqol sərxoşluğu;

- Qlaukoma;

- Hamiləlik və laktasiya dövründə;

- 12 yaşa qədər uşaqlar.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Preparat adətən gündə 1-3 dəfə 1 tablet qəbul edilir. Maksimal sutkalıq doza 4 tabletdir.

Preparatı həkim təyin etmədən ağrıkəsici vasitə kimi 5 gündən çox qəbul etmək olmaz.


ƏLAVƏ TƏSİRLƏR:

Bəzən dərinin allergik reaksiyaları, başgicəllənmə, yuxuya meyillik, ürək döyünməsi, ürəkbulanma, qusma, qəbizlik, nadir halalrda isə qan sisteminin pozulması. Uzun müddət yüksək dozadan qəbul etdikdə qaraciyər və böyrəklərin funksiya pozulması.


DOZA HƏDDİNİN AŞILMASI:

Ürəkbulanma, qusma, mədədə ağrılar, taxikardiya, ürək aritmiyası, tənəffüsün çətinləşməsi. Zərərçəkmişin mədəsi yuyulmalı, adsorbentlər təyin edilməli və həkimə müraciət edilməlidir.

Təsiredici maddə: 1 tabletin tərkibində 300 mq analqin, 100 mq naproksen, 50 mq kofein, 10 mq fenobarbital, 8 mq kodein vardır.

Köməkçi maddələr: kartof nişastası, talk, maqnezium stearat, natrium laurilsulfat.