MOKSİLOK 400 mg

MOKSİLOK 400 mg

22.24 AZN
Uzunsov, hər iki tərəfi qabarıq, açıq çəhrayı rəngli örtüklü tabletlərdir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Preparat,  ona qarşı həssas mikroorqanizmlərin törətdiyi aşağıda qeyd edilən infeksion xəstəliklərin müalicəsində istifadə edilir

:
- xroniki bronxitin qəflətən ağırlaşması

- xəstəxanadankənar ağciyər infeksiyası

- kəskin sinusit

- dəri və yumşaq toxumaların infeksiyaları

- qadınlarda yuxarı cinsiyyət orqanlarının iltihabi xəstəlikləri

ƏKS GÖSTƏRİŞLƏR :

- preparatın istənilən komponentinə və digər xinolon antibiotiklərinə qarşı yüksək həssaslıq

- hamiləlik

- laktasiya

- 18 yaşa qədər uşaqlar

- həkim tərəfindən pasiyentdə anormal ürək ritmi aşkar edildikdə

- qanda duz və kalium disbalansı

- zəif ürək ritmi

- ciddi ürək çatışmazlığı

- anamnezdə anormal ürək ritmi

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Preparatın qəbulu qida və içki qəbulundan asılı deyil.

Tabletlər bütövlükdə, kifayət qədər su ilə daxilə qəbul edilir.

Preparatın məsləhət görülən dozası gündə 1 tablet təşkil edir.Preparatı gündə 1 tabletdən artıq istifadə etmək və təyin edilmiş

dozanı aşmaq olmaz.Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, həkim müalicə müddətini təyin etməlidir.Müalicə müddəti

aşağıdakı kimidir :

- xroniki bronxitin kəskin ağırlaşması : 5 gün

- ağciyər infeksiyaları : 10 gün

- kəskin sinusit : 7 gün

- çanaq orqanlarının ağırlaşmamış iltihabi xəstəlikləri : 14 gün

- intraabdominal orqanların ağırlaşmış infeksiyaları : 5 – 14 gün

ƏLAVƏ TƏSİRLƏRİ :

Tez – tez

Göbələk infeksiyası, başağrısı, başgicəllənmə, qanda kaliumun səviyyəsi aşağı olan pasiyentlərdə ürək ritminin dəyişməsi baş

verir

Bəzən

Qırmızı qan hüceyrələrinin miqdarının azalması, ağ qan hüceyrələrinin miqdarının azalması, koaqulyasiya sisteminin

pozulması, allergik reaksiyalar, qaşınma, səpgi, övrə, dəridə quruluq, eozinofiliya, lipidlərin səviyyəsinin artması, həyəcan.

Nadir hallarda

Tromboplastinin anormal səviyyəsi, ağır qəfləti allergik reaksiya, ödem, qanda şəkərin miqdarının artması, qanda sidik

turşusunun miqdarının artması, emosional vəziyyət, disperiya.

DOZA HƏDDİNİN AŞILMASI :

Preparatı məsləhət görülən dozadan artıq istifadə etmək olmaz.Doza həddi aşıldığı zaman dərhal həkimə və ya xəstəxanaya

müraciət etmək lazımdır.

Təsiredici maddə : 1 tabletin tərkibində 400 mq moksifloksasinə ekvivalent 436,8 mq moksifloksasin hidroxlorid vardır.

Köməkçi maddələr : mikrokristallik sellüloza, natrium kroskarmelloza, povidon K – 30, maqnezium stearat, laktoza monohidrat,

hipromelloza, titan dioksid, sarı dəmir oksidi.

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.