ZİLAKSERA 5 mq

ZİLAKSERA 5 mq

18.42 AZN
Girdə, kənarları kəsik, göy rəngli və ehtimal olunan daha tünd və ya daha açıq çilli tabletlər.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

-  Şizofreniyanın müalicəsi

-  Biopolyar pozğunluqlar zamanı maniakal epizodların müalicəsi, ı tip orta və ağır dərəcəli və böyüklərdə yeni maniakal

epizodun profilaktikası, hansılarda ki, əsasən aripirazolla müalicəyə yatan maniakal epizodlar baş verir

-  Böyük depressiv pozğunluqlar zamanı antidepressiv müalicəyə əlavə kimi

ƏKS GÖSTƏRİŞLƏR :

·  Aripiprazola və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq

·  Laktaza çatışmazlığı, laktozaya qarşı dözümsüzlük, qqlükoza – qalaktoza malabsorbsiya sindromu

·  18 yaşa qədər yaş dövrü

·  Laktasiya dövrü

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Hamilə qadınlar üzərində adekvat və yaxşı nəzarət olunan tədqiqatlar aparılmamışdır.

Aripiprazolun hamilə qadınlarda istifadəsi zamanı onun dölə zərərli təsir göstərə bilməsi və ya reproduktiv funksiyasını poza

bilməsi məlum deyil.Məlumdur ki, anaları hamiləliyin ııı trimestrində neyroleptiklər almış yenidoğulmuşlarda doğuşdan sonrakı

dövrdə ekstrapiramid pozğunluqların və/və ya ʺləğvetmə" sindromunun inkişaf riski mövcuddur.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Qida qəbulundan asılı olmayaraq daxilə gündə 1 dəfə

Şizofreniya

İlkin doza gündə 1 dəfə 10 – 15 mq

Dəstəkləyici doza – 15 mq/gün

Klinik tədqiqatlarda preparatın effektivliyi 10 – 30 mq/gün - ə qədər dozası göstərilib.

Maksimal gündəlik doza – 30 mq/gün

I tip biopolyar pozğunluğunun maniakal epizodları zamanı

İlkin doza  15 – 30 mq/gün

Lazım gələrsə, 24 saatdan az olmayan müddət ərzində dozaya düzəliş edilir.

ƏLAVƏ TƏSİRLƏRİ :

Qan və limfa sistemində baş verən pozğunluqlar :

Bəzən : dəmir çatışmazlığı anemiyası :

Çox nadir : leykopeniya, neytropeniya, trombositopeniya :

İmmun sistemdə baş verən pozğunluqlar :

Çox nadir : allergik reaksiyalar, larinqospazm.

Psixikada baş verən pozğunluqlar :

Çox tez – tez : yuxusuzluq :

Tez – tez : psixomotor oyanıqlıq, depressiya, əsəbilik, düşmənçilik, intihar barədə fikirlər.

Böyrəklərdə və sidik yollarında baş verən pozğunluqlar :

Bəzən : sistit, tez – tez sidiyəgetmə, leykoreya, hematuriya, dizuriya, böyrək çatışmazlığı, albuminuriya, böyrəklərdə daş,

nikturiya, poliuriya, sidiyəgetməyə yalançı çağırışlar :

Nadir : sidik kanalı və xarici cinsiyyət orqanları nahiyəsində yanığ hissi, qlükozuriya :

DOZA HƏDDİNİN AŞILMASI :

Klinik tədqiqatlarda təsadüfi və ya bilərəkdən aripiprazolun 1260 mq – a qədər birdəfəlik qəbulu ilə doza həddinin aşılması

halları təsvir edilmiş və bunlar ölümlə nəticələnməmişdir.

Simptomları : letargiya, yüksək arterial təzyiq, yuxululuq, taxikardiya, şüurun itməsi.Xəstəxanaya yerləşdirilmiş pasiyentlərdə

əsas fizioloji göstəricilərin, laborator parametrlərin və elektrokardioqramın klinik əhəmiyyətli dəyişiklikləri aşkar

edilməmişdir.Uşaqlarda aripiprazolun doza həddinin aşılması halları təsvir edilmişdir.Doza həddi aşılmasının potensial təhlükəli

simptomlarına ekstrapiramid pozğunluqlar və şüurun keçici itməsi daxildir.

Təsiredici maddə : 1 tabletin tərkibində 5 mq aripiprazol vardır.

Köməkçi maddələr : laktoza monohidrat, mikrokristallik sellüloza, qarğıdalı nişastası, hidroksipropilsellüloza, alüminium

indiqokarmin lakı, maqnezium stearat

Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.