ADALZİT GEL 15 g

ADALZİT GEL 15 g

19.88 AZN
Adalzit ağ və ya çox solğun sarı rəngli qeyri – şəffaf geldir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

9 yaşdan yuxarı akne vulqarisin dəri müalicəsində komedonlar, papüllər mövcud olduqda istifadə olunur.

ƏKS GÖSTƏRİŞLƏR :

Təsiredici maddəyə və ya bu dərman vasitəsinin hər hansı köməkçi maddəsinə qarşı allergiya.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Adalzit – i hamiləlik dövründə istifadə etmək olmaz.

Əgər siz adalzit istifadəsi zamanı hamilə olmusunuzsa, müalicə dayandırılmalıdır və sonrakı müşahidə üçün siz mümkün qədər

tezliklə həkimə məlumat verməlisiniz.

Adalzit ana südü ilə qidalandırma zamanı istifadə oluna bilər.Körpənin dərman vasitəsi ilə kontaktının qarşısını almaq üçün

adalzit süd vəzilərinə sürtülməsinin qarşısını alınmalıdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Hər zaman bu dərman vasitəsini həkimin təyinatına uyğun dəqiq istifadə edin.Əmin olmadığınız hallarda həkiminizə və ya

əczaçıya müraciət edin.Adalzit yalnız böyüklərdə və 9 yaşdan yuxarı uşaqlarda və yeniyetmələrdə istifadə üçün nəzərdə

tutulub.

Gündə bir dəfə yatmazdan əvvəl dərinin zədələnmiş hissəsinə nazik qat geli sürtün, gözlərə, dodaqlara və burun dəliklərinə

düşməsinin qarşısı alınmalıdır.Sürtülməsindən əvvəl dəri təmiz və quru olmalıdır.Adalzitin istifadəsindən sonra əllərinizi dərhal

yuyun.

ƏLAVƏ TƏSİRLƏRİ :

Bütün dərman vasitələri kimi bu dərman vasitəsi də əlavə təsirlərə səbəb ola bilər, baxmayaraq ki, bu hamıda təsadüf olunmur.

Adalzit istifadə olunduğu nahiyədə aşağıdakı əlavə təsirlərə səbəb ola bilər.

Tez – tez rast gələn əlavə təsirlər

   Dərinin quruması

   Yerli dəri səpgisi
   
   Yandırma hissi

   Dərinin qıcıqlanması

   Qızartı

   Qabıqlanma

Az – az rast gələn əlavə təsirlər

·  Dəri qaşınması

·  Günəşdən yanma

DOZA HƏDDİNİN AŞILMASI :

Əgər siz lazım olduğundan çox adalziti dəriyə istifadə etsəniz, siz çivzələrdən daha tez qurtulmayacasınız, əksinə dəriniz

qıcıqlana və qızara bilər.

Xahiş olunur həkiminizə və ya xəstəxanaya müraciət edəsiniz :

   əgər siz lazım olduğundan daha çox adalzit istifadə etmisinizsə

   əgər təsadüfən uşaq bu dərman vasitəsini qəbul edibsə

   əgər siz təsadüfən bu dərman vasitəsini daxilə qəbul etmisinizsə

Həkiminiz hansı tədbirlərin görülməsi barədə sizə məsləhət verəcək.

Təsiredici maddələr : bir qram gelin tərkibində 1 mq adapalen və 33 mq benzoil peroksid vardır.

Köməkçi maddələr : natrium dokuzat, dinatrium edetat, karbomer, natrium hidroksid, propilenqlikol, yüngül maye parafin,

oktildedakanol, izopropilmiristat, butilləşdirilmiş 
hidroksitoluol, miristil, təmizlənmiş su.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.