Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

RABELOC 20MQ N10

6.28 AZN

Açıq sarıdan sarımtıla çalan, hər iki üzü hamar səthə malik yumru, iki tərəfi qabarıq enterik örtüklü tabletlərdir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

- Venadaxili Rabelokdan sonra ardıcıl müalicə;

- 12 barmaq bağırsağın aktiv xorası;

- Aktiv maddə xorası;

- Simptomatik eroziv və ya xoralı qastroezofaqeal reflüks xəstəliyi və ya qeyri-eroziv reflüks xəstəliyi;

- H. Pylori müsbət 12-barmaq bağırsaq xorası zamanı müvafiq antibiotiklərlə birlikdə eradikasiya proqramının bir hissəsi kimi;

- Eroziv və ya xoralı QERX-in dəstəkləyici müalicəsi.


ƏKS GÖSTƏRİŞLƏR:

Rabeprazol natriuma, əvəzedilmiş benzimidazollara və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı məlum yüksək həssaslıq. Hamiləlik və laktasiya dövrü.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Böyüklər: gündə 1 dəfə səhərlər 20 mq istifadə etmək lazımdır. 12-barmaq bağırsağın aktiv xorası olan pasiyentlərin əksəriyyətində  sağalma 4 həftə müddətində  baş verir. Eroziv  və ya xoralı qastro-ezofaqeal reflüks xəstəliyi: 4-8 həftə ərzində gündə 1 dəfə səhərlər 20 mq qəbul etmək lazımdır.

Zollinger Ellison sindromu: başlanğıc sutkalıq doza 60 mq. Lazım gəldikdə sutkalıq dozanı 120 mq-a qədər artırmaq olar.


ƏLAVƏ TƏSİRLƏR:

Ən çox rast gələn əlavə təsirlər başağrısı, diareya və ürəkbulanma olmuşdur. Digər əlavə təsirlər rinit, abdominal ağrı, asteniya, meteorizm, qrip sindromu, infeksiya, öskürək, qəbizlik və yuxusuzluq olmuşdur.


DOZA HƏDDİNİN AŞILMASI:

Doza həddinin aşılması ilə bağlı heç bir kliniki simptom aşkar olunmayıb. Heç bir xüsusi antidot deyil. Rebeprazol natrium zülallarla sıx birləşir və ona görə də dializ vasitəsilə orqanizmdən xaric olması az ehtimal olunur. Müalicə dəstəkləyici və simptomatik olmalıdır.


Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq rabeprazol natrium vardır.

Köməkçi maddələr: mannitol 25, yüngül maqnezium oksidi, mikrokristallik sellüloza, nişasta, hidroksipropilselllüloza, xüsusi denaturasiyaolunmuş spirt, karboksimetilsellüloza kalsium, təmizlənmiş talk, maqnezium stearat, kolloidal silisium dioksid, hidroksipropilmetil sellüloza, propilenqlikol, metakril turşusunun dispersion sopolimeri, polisorbat 80, dibutil ftalat, natrium hidroksid, sarı dəmir oksidi, titan 4-oksid.