LİNEKS BABY

LİNEKS BABY

13.74 AZN
Ağdan yüngül bej rəngə qədər toz.

ƏKS GÖSTƏRİŞLƏR :

·  Uşaqda preparatın təsiredici maddəsinə və ya köməkçi maddələrinə qarşı alergiyanın olması.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Südəmər uşaqlar və 2 yaşa qədər uşaqlar : gündə 1 dəfə yemək zamanı 1 saşe.

2 yaşdan 12 yaşa qədər uşaqlar : gündə 1 və ya 2 dəfə yemək zamanı 1 saşe.

Lineks Beybi preparatını simptomlar davam edənə qədər qəbul etmək olar.

Saşenin möhtəviyyatını su, şirə, süd və ya uşaq qidası ilə qarışdırın.Yalnız daxilə qəbul edilir.İsti içkilərlə qarışdırmaq olmaz!

ƏLAVƏ TƏSİRLƏRİ :

Bifidobakteriyaların qəbulu zamanı arzuolunmaz təsirlər çox nadir hallarda meydana çıxır.Yüksək həssaslıq reaksiyaları baş verə

bilər.

DOZA HƏDDİNİN AŞILMASI :

Doza həddinin aşılması barədə məlumat verilməmişdir.Doza həddinin aşılması nəticəsində arzuolunmaz təsirlər meydana

çıxarsa, həkimlə və ya əczaçı ilə məsləhətləşin.

Təsiredici maddə : 1 saşedə 109 koloniyaəmələgətirən vahid canlı liofilizəolunmuş südturşusu bakteriyaları Bifidobacterium

animalis subsp. Lactis vardır.

Köməkçi maddələr : maltodekstrin.
Sifariş verildikdən qısa müddət sonra sizinlə əlaqə saxlanılacaq və lazımi məlumatlar dəqiqləşdiriləcək. Məhsulun növündən asılı

olaraq sifarişiniz minimum 1 saat maksimum 1 gün ərzində çatdırılacaq.