50 ML GEL
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Aşağıda sədalanan hallarda profilaktik məqsədlə və ya kompleks müalicənin tərkibində köməkçi vasitə kimi:
- Dayaq hərəkət sisteminin iltihabi və degenerativ xəstəlikləri zamanı kompleks müalicənin tərkibində;
- Müxtəlif etiologiyalı dəri xəstəlikləri, dermatit və dermatozlar zamanı kompleks müalicənin tərkibində;
- Sızanaqlar, dəridə iltihabi proseslər, səpkilər zamanı;
- Sinir ağrıları, həmçinin nevrit, nevralgiyalar zamanı kompleks müalicənin tərkibində;
- Baş boyun, oynaq və əzələ ağrıları zamanı;
- Müxtəlif mənşəli iltihabi xəstəliklər zamanı kompleks müalicənin tərkibində köməkçi vasitə kimi istifadə edilə bilər.
ƏKS GÖSTƏRİŞLƏR:
14 yaşına qədər uşaqlar, vasitənin tərkibinə daxil olan hər hansı bir komponentə qarşı hiperhəssaslıq. Hamiləlik və laktasiya dövrü. Həmçinin açıq yara, irinli yaralar, selikli qişalar üzərinə tətbiq edilə bilməz.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI:
Gündə 2-3 dəfə problemli nahiyəyə çəkilir və dairəvi hərəkətlərlə dəriyə yeridilir.
YAN TƏSİRLƏRİ:
Xarici istifadə üçündür. Allergik reaksiyalar mümkündür, bu halda istifadəsi dayandırılmalı və həmin nahiyə isti su və sabun ilə dəridən yuyulmalıdır.
Su, Gliceril sterat, Setaril turşusu, Stearik turşusu, Gliserin, Kamfora yağı, mentol, metilsülfonilmetan, bosvelliya serrata ekstraktı, trietanol amin, evkalipt yağı, kəkliotu yağı, qərənfil yarpağı yağı, rozmarin efir yağı, glükozamin sulfat, cetil efir, ağ mum, sarıkökün efir yağı, əkin qaraçörək otu, cosmoperine, mərzənin yağı, kostus kökünün ekstraktı.